Flik final El Klassiko su haqda
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Superkubokunun finalında "Real"lə qarşıdakı oyun barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis deyib:
"Bu, "El Klasiko"dur və mən "Atletik"lə matçda göstərdyimiz oyunu görmək istəyirəm. Bizim bir komanda kimi oynamalıyıq. Futbolçularımın meydanda əllərindən gələni etmələrini istəyirəm. Mənim üçün ən vacib şey budur.
Final finaldır. "Real"la oyunlar isə tamamilə fərqlidir. Futbolçularıma güvənirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
"Real" fantastik komandadır, ən yaxşılarından biridir. Onların dünya səviyyəli, ən yüksək keyfiyyətli oyunçuları var. Amma mən komandama diqqət yetirirəm, çünki bu kuboku qazanmaq istəyirik".
Qeyd edək ki, sözügedən görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















