Icma.az
close
up
RU
Bu qidalar xərçəngin inkişafını ləngidir

Bu qidalar xərçəngin inkişafını ləngidir

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elmi araşdırmalar bəzi meyvə və tərəvəzlərin xərçəng riskini azaltmaqda mühüm rol oynadığını göstərir.
Bizim.Media xəbər verir ki, araşdırmaların nəticələrinə görə, düzgün və balanslı qidalanma xərçəngin yaranma mexanizmlərinə birbaşa təsir edərək xəstəliyin qarşısının alınmasına kömək edə bilər.
 

Kələm, brokoli və gül kələmi kimi kələmkimilər fəsiləsinə aid tərəvəzlər xərçəngə qarşı ən güclü qoruyucu təsirə malik qidalar sırasında yer alır. Bu tərəvəzlər qlükosinolatlar baxımından zəngindir və həmin maddələr orqanizmdə parçalanaraq sülforafan adlı bioloji aktiv molekullara çevrilir.


Sülforafan hüceyrə səviyyəsində xərçəngə səbəb olan prosesləri zəiflədir, zərərli maddələrin təsirini azaldır.
Bu xüsusiyyətinə görə brokoli və gül kələmi xərçəngin profilaktikasında xüsusi əhəmiyyət daşıyır.
Nar da xərçəng əleyhinə təsiri sübut olunmuş meyvələr sırasındadır. Onun tərkibində olan ellag turşusunun xüsusilə süd vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növünün qarşısının alınmasına və müalicə prosesinə dəstək verdiyi bildirilir.
Ellag turşusu xərçəngə səbəb olan molekullara yapışaraq onları təsirsiz hala gətirir. Bu maddə şiş hüceyrələrinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır.
Araşdırmalara əsasən, badam, quru üzüm, moruq, çiyələk və böyürtkən kimi qidalar da güclü antioksidant və resveratrol mənbəyi hesab olunur. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT zədələnməsinin qarşısını alır və xərçəngin inkişafını ləngidə bilir.
Resveratrol hüceyrələrin qorunmasına və iltihabın azalmasına kömək edir. Bu təsir xərçəng riskinin azalmasına şərait yaradır.
 

Bundan başqa, pomidor (likopenlə zəngin olduğu üçün), kök (beta-karotin mənbəyi), ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər, sarımsaq və soğan, eləcə də portağal, limon və qreypfrut kimi sitrus meyvələrinin də xərçəngə qarşı qoruyucu təsirə malik olduğu bildirilir.


Gündəlik qidalanmada müxtəlif rəngli meyvə və tərəvəzlərin yer alması orqanizmin müdafiə sistemini gücləndirir və xərçəng riskinin azalmasına töhfə verir. (“Yeni Sabah”)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri