Türkiyə mediası Azərbaycan qazının Suriyaya tədarük ediləcəyi tarix barədə yazdı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan təbii qazı 2025-ci il avqustun 1-dən Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəql ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri məlumat yayıb.
İlkin mərhələdə 1.2 milyard kubmetr Azərbaycan qazından Suriyanın Hələb və Homs əyalətlərində elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.
Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycanın həyata keçirdiyi layihə Suriyanın dağılan elektrik infrastrukturunu canlandıracaq, eyni zamanda Türkiyənin regional enerji mərkəzi kimi varlığını bir daha təsdiq etmiş olacaq.
Xatırladaq ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 24 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















