Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə Suriyaya dəstək verir

Azərbaycan və Türkiyə Suriyaya dəstək verir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dünyada enerji təhlükəsizliyinin təmin olunması ölkələrin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan isə hazırda yalnız öz daxili tələbatını tam ödəməklə yanaşı, eyni zamanda, 16 ölkəyə təbii qaz ixrac edərək həmin dövlətlərin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin şimal-şərqində yerləşən Rizə vilayətində keçirilən “Ayder” Beynəlxalq Enerji Forumunda çıxışı zamanı bildirib ki, bu gün Türkiyə Azərbaycanla birgə Suriyanın yenidən inkişafı məqsədilə bu ölkəyə qaz nəql edir: “Eyni zamanda, suriyalılara elektrik enerjisi veririk, müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçiririk. Bununla da enerji resurslarından sülh və inkişaf naminə istifadə edirik”.

Qeyd edək ki, Azərbaycanla Türkiyə iqtisadiyyat və energetika sahələrində əməkdaşlıq imkanlarını ardıcıl və daha fəal şəkildə genişləndirərək Yaxın Şərqdə və ona bitişik regionlarda mövqelərini möhkəmləndirirlər. İki qardaş ölkə arasında formalaşmış strateji tərəfdaşlıq birgə enerji layihələrinin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ötən ilin avqust ayından etibarən Suriyanın enerji təhlükəsizliyinə dəstək verir. Bu prosesin əsası həmin il aprelin 11-də Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriyanın Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüş zamanı qoyulub. Ardınca iyulun 12-də Əhməd Əl Şaraanın Azərbaycana səfəri çərçivəsində tərəflər arasında praktiki razılaşmalar əldə olunub. Səfər zamanı SOCAR ilə Suriya hökuməti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması üçün hüquqi və texniki baza yaradıb.

Yeri gəlmişkən, ötən il Azərbaycan Suriyaya 500 milyon kubmetr həcmində təbii qaz ixrac edib. SOCAR ilə Suriya hökuməti arasında imzalanan razılaşmaya əsasən, ilkin mərhələdə Suriyaya illik 1,2 milyard kubmetr təbii qazın tədarükü nəzərdə tutulur. Bu qaz Türkiyənin Kilis şəhəri üzərindən Hələb və Homs şəhərlərində yerləşən elektrik stansiyalarına nəql edilərək enerji istehsalında istifadə olunacaq. Nəticədə, 1200–1300 meqavat gücündə elektrik enerjisi istehsalına nail olunması planlaşdırılır.

Bundan əlavə, Azərbaycan qazının gündəlik 6 milyon kubmetr ötürmə gücünə malik Kilis–Hələb boru kəməri ilə nəqli həmin xəttin illik ötürmə imkanlarını 2 milyard kubmetrədək artıracaq. Ümumilikdə isə, Azərbaycan qazından istifadə Suriyanın daxili elektrik enerjisi təminatının təxminən iki dəfə yaxşılaşdırılmasına imkan verəcək.

Suriyaya təbii qazın ixrac edilməsi Azərbaycanın geosiyası mövqeyinə də müsbət təsir göstərir. Təbii ki, bu amilin arxasında Cənub Qaz Dəhlizi (CQD) kimi böyük bir layihə dayanır. CQD bu gün Azərbaycanın enerji strategiyasının əsas sütunlarından biridir. CQD regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xəzər qazını etibarlı marşrutlarla beynəlxalq bazarlara çıxaran bu nəhəng infrastruktur layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir. Azərbaycan qazının Suriyaya ixracı CQD-nin əhəmiyyətini daha da artıraraq onun yalnız Avropa deyil, Yaxın Şərq üçün də strateji imkanlar yaratdığını göstərir.

Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin böyük əksəriyyəti Qərb dövlətlərdir. Lakin Türkiyə üzərindən Suriyaya qaz tədarükünün başlanması bu coğrafiyanın daha da genişlənməsi üçün yeni perspektivlər açır. Ekspertlərin fikrincə, gələcək mərhələdə bu marşrutun İordaniya, Misir, hətta Livan istiqamətində uzadılması da real imkanlar sırasında qiymətləndirilir.

Mütəxəssislər qeyd edirlər ki, Suriyada müharibə nəticəsində ciddi zərər görmüş enerji və nəqliyyat infrastrukturunun mərhələli şəkildə bərpası fonunda mövcud və yeni kəmərlərin istismara verilməsi Azərbaycan qazının Yaxın Şərq bazarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu isə Azərbaycanın enerji ixracında regional rolunu gücləndirməklə yanaşı, ölkəni Avropa ilə Yaxın Şərq arasında mühüm enerji körpüsünə çevirir.

Azərbaycan Suriyanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə yanaşı, müharibədən sonrakı bərpa və yenidənqurma prosesində də öz təcrübəsini bölüşmək imkanına malikdir. Ölkəmizin Qarabağda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri bu sahədə formalaşmış uğurlu model kimi çıxış edir. İnfrastrukturun sıfırdan qurulması, enerji, yol-nəqliyyat, su və sosial obyektlərin bərpası sahəsində əldə olunan təcrübə Suriyanın müharibədən zərər çəkmiş bölgələri üçün dəyərli ola bilər.

Məlum olduğu kimi, Suriya uzun illər davam edən müharibə nəticəsində ciddi iqtisadi və sosial itkilərlə üzləşib, yaşayış məntəqələri və mühüm infrastruktur obyektləri dağıdılıb. Azərbaycan isə bu gün Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa və yenidənqurma işlərini sürətlə həyata keçirir. Müasir texnologiyalara əsaslanan bu yanaşma dayanıqlı inkişaf və enerji səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Azərbaycanın bərpa, planlaşdırma və infrastrukturun inteqrasiyalı şəkildə qurulması sahəsində qazandığı təcrübə Suriyanın gələcək inkişaf strategiyasına töhfə verə bilər. Belə əməkdaşlıq təkcə iqtisadi deyil, eyni zamanda, humanitar və sosial baxımdan da Suriya xalqının rifahının yüksəlməsinə xidmət edər.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri