Icma.az
close
up
RU
Türkiyə və Şimali Kipr mediası Azərbaycan qazının Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb

Türkiyə və Şimali Kipr mediası Azərbaycan qazının Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, telekanalları, xəbər portalları və qəzetləri Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qardaş ölkələrin əksər media orqanı Azərbaycan və Qətər nümayəndə heyətlərinin iştirakı ilə keçirilən mərasimdən canlı yayım təşkil edib.

Materiallarda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın Azərbaycana və Qətərə minnətdarlıq sözlərinə diqqət yetirilib.

Azərbaycan qazının Suriyaya nəqli bu ölkədə normal həyatın bərpası, o cümlədən qaçqınların öz vətənlərinə könüllü qayıtması kontekstində mühüm amil kimi vurğulanır.

A.Bayraktarın Kilis vilayətindəki Yavuzlu qazpaylayıcı stansiyası vasitəsilə Suriyaya sutkada 6 milyon kubmetrədək Azərbaycan qazının veriləcəyi sözləri vurğulanıb. Eyni zamanda, Azərbaycan qazı Hələbə, daha sonra isə Suriyanın Homs şəhərinə tədarük ediləcək və bu, Suriyada elektrik stansiyalarının fəaliyyətinin bərpasına imkan verəcək.

Media orqanları türkiyəli nazirin aşağıdakı sözlərini sitat gətirir: “Birinci mərhələdə Suriyaya 2 milyard kubmetrə qədər qaz tədarük ediləcək ki, bu da 1,2 min MVt elektrik enerjisi istehsal etməyə və 5 milyon abonenti elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Bütün bunlar Suriyada vəziyyətin normallaşmasına mühüm töhfə verəcək”.

Mətbuat orqanları Türkiyə ilə Azərbaycan arasında enerji sektorunda uğurlu əməkdaşlığa da diqqət çəkiblər. Bunun bariz nümunəsi olaraq, İğdırdan Naxçıvana çəkilən qaz kəməri göstərilir.

Medianın materiallarında Azərbaycan qazının Suriyaya tədarükünün başlanması “ölkələr arasında əsl dostluq və qardaşlığın göstəricisi, bütövlükdə regionun inkişafına töhfə” adlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 02 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri