Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü - 2026" təlimi çərçivəsində bölmələr sızma əməliyyatı üzrə təlimdə birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birgə təlimlər vasitəsilə koordinasiya və həmrəylik gücləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 29 Sentyabr 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















