Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 20 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla İstanbulda görüşü bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, məlumata əsasən, qəbul zamanı başda Türkiyə ilə Ermənistan arasındakı da təmaslar olmaqla, Cənubi Qafqazdakı sülh və dialoq prosesi, o cümlədən regiona aid aktual məsələlər müzakirə olunub.
Prezident Ərdoğan görüşdə Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarının əhəmiyyətinə diqqət yönəldib. Türkiyənin bölgənin “qazan-qazan” prinsipi ilə inkişaf etdirilməsi istiqamətində görülən səylərə hər cür dəstəyi göstərməyə davam edəcəyini bildirib.
Danışıq zamanı Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi çərçivəsində atıla biləcək addımlar da müzakirə olunub.
Prezident Ərdoğan, Türkiyənin yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın imkanlarından tam istifadə etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 İyun 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















