Ərdoğan Paşinyanla Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Türkiyə regionda sülhü, sabitliyi və inkişafı dəstəkləyir və bundan sonra da bu prosesə öz töhfəsini verəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
AYNA.AZ “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib.
Prezident vurğulayıb ki, “Türkiyə regionda sülhü, sabitliyi və inkişafı dəstəkləyir və bundan sonra da bu prosesə öz töhfəsini verəcək”.
Dövlət başçısı Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımların yüksək qiymətləndirildiyini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















