Türkiyə Prezidenti: Cənubi Qafqazda davamlı sülh üçün atılan addımlar sevindiricidir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Qafqazda davamlı sülh və sabitlik vacibdir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı 25-ci Dövlət Başçıları Şurası Zirvəsində çıxışında bildirib.
Türkiyə lideri qeyd edib ki, son dövrdə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün atılan addımlar sevindiricidir.
“Ümid edirik ki, bu addımlar iqtisadi-ticari əlaqələrin inkişafına, nəqliyyat və rabitə xətlərinin açılmasına töhfə verəcək”.
Eyni zamanda, Ərdoğan Suriyanın ərazi bütövlüyünə dəstək ifadə edib, Suriyanın ərazi bütövlüyü təhdid edən hər cür təşəbbüsün qarşısında duracaqlarını vurğulayıb.
Dəryanur Cəfərova

TBMM sədri: Türkiyə Cənubi Qafqazda davamlı sülh üçün atılan addımları dəstəkləyir
18 Dekabr 2024 13:35
Türkiyə Cənubi Qafqazda davamlı sülh üçün səylərini davam etdirir
11 Aprel 2025 17:29
Ərdoğan: Türkiyə Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır
09 Yanvar 2025 08:16
Türkiyə Prezidenti: Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır
31 Avqust 2025 13:05
Türkiyə Prezidenti: Cənubi Qafqazda sülhə gedən yolun qapıları açıqlanıb
06 Noyabr 2024 12:06

