Icma.az
close
up
RU
Türkiyə Rusiya “cəbhəsi”ndə nə baş verir?

Türkiyə Rusiya “cəbhəsi”ndə nə baş verir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son zamanlar Qara dəniz regionu qlobal gündəm mövzusuna çevrilib.

Rusiya-Ukrayna müharibəsi fonunda Qara dəniz regionunda təhlükəli risklər artır, iki tərəf arasında şiddətli hücumların daha da intensivləşməsi regionu münaqişə meydanına çevirə bilər. Artıq bu istiqamətdə proseslər müşahidə edilir. Bu, regionun digər ölkələrini, ən əsası da Türkiyəni narahat etməyə başlayıb.

Regionda sülh, sabitlik və təhlükəsizliyin davamı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Son həftələr ərzində Rusiyanın Ukraynanın Odessa şəhərinə raket və PUA hücumları zamanı şəhərin limanında lövbər salan iki türk gəmisi - “Viva” və “Cenk Ro Ro” adlı yük gəmisi də zərbəyə məruz qalıb. Türkiyə vətəndaşları xəsarət almasalar da, bu hadisə Rusiya ilə Türkiyə arasında müəyyən gərginliyə səbəb olub. Türkiyə rəhbərliyi son hadisəyə sərt reaksiya verib, Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya ilə Ukrayna arasında son qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ərdoğan qeyd edib ki, ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Türkiyə Xarici İşlər Nazirliyi də hər iki münaqişə tərəfinə xəbərdarlıq edib:

“Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə naviqasiya təhlükəsizliyinin təminatı, eləcə də tərəflərin enerji və liman infrastrukturunu hədəf alan hücumların dayandırılması istiqamətində Rusiya və Ukrayna tərəfi arasında razılaşmanın əldə edilməsinin vacibliyini bir daha xatırladırıq”. 

Münaqişə tərəflərinin, xüsusilə də Rusiyanın Türkiyənin xəbərdarlığını nəzərə alıb-almayacağı sual altındadır.  Qara dənizdə bu cür hadisələrin mütəmadi davam etməsi Rusiya-Türkiyə münasibətlərində ciddi problemlərə yol aça bilər. Belə olan halda Türkiyənin hansı addımlar atacağı maraq doğurur. 

Moskva Ankaraya mesaj verib? 

Türkiyənin Kocaeli Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti İrfan Kaya Ülger “Cümhuriyət” -ə şərhində qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində heç bir irəliləyiş müşahidə olunmur, bu isə regiona öz təsirini göstərir:

“Rusiya-Ukrayna müharibəsi tezliklə dördüncü ilini başa vuracaq. Münaqişənin nizamlanması istiqamətində ciddi irəliləyiş yoxdur. Münaqişənin sonu qeyri-müəyyən olaraq qalır. Tramp Ağ Evə qayıtdıqdan bəri Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyacağı barədə bəyanatlar səsləndirsə də, müsbət nəticə yoxdur.

Rusiya Krım da daxil olmaqla, Ukrayna ərazisinin 20%-nə nəzarət edir. Rusiya Donbas bölgəsini tam nəzarətə götürmək üçün hücumlarını artırıb. Ukrayna isə öz növbəsində Qərbin dəstəyi ilə Rusiyanın daxilində strateji obyektlərə - limanlara, hərbi müəssisələrə və neft emalı zavodlarına dron zərbələri endirir. Rusiyanın 38 neft emalı zavodunun yarıdan çoxu hücumlar nəticəsində sıradan çıxıb”. 

İ. K. Ülgər əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin yaxın zamanda nizamlanması qeyri-realdır: 

“Trampın Stiv Vitkoff və Cared Kuşner vasitəsilə Kreml ilə apardığı diplomatik danışıqlarda heç bir nəticə əldə edilməyib. NATO-nun Avropa tərəfdaşları Rusiyanın Avropadakı aktivlərini dondurublar və indi bu vəsaitlərin Ukraynada müharibə nəticələrinin aradan qaldırılmasına yatırılması barədə müzakirələr aparılır”. 

Türkiyə məsələsinə gəlincə, ekspert vurğulayıb ki, Moskva Ankaraya mesaj ötürüb:

“Hazırda Türkiyənin də daxil olduğu Ukraynada könüllü sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələ müzakirə olunmaqdadır. Rusiyanın iki türk gəmisini hədəfə almasının səbəbini bu kontekstdə qiymətləndirmək vacibdir. Rusiya mahiyyət etibarilə Ankaraya mesaj ötürüb, yəni Türkiyə Avropanın sülhməramlı missiya ilə bağlı planında iştirak etməməlidir. Moskvanın bu mesajı diplomatik şəkildə Türkiyəyə çatdırıb-çatdırmadığını bilmirik. Lakin Türkiyəyə məxsus gəmilərə hücum özündə dolayı yolla bu mesajı ehtiva edir”. 

Ankara narahatdır 

Türkiyənin Dumlupınar Universitetinin siyasi məsələlər üzrə professoru Hüsamettin İnanç isə hesab edir ki, Qara dənizin münaqişə meydanına çevrilməsi Türkiyə üçün arzuolunan deyil:

“Son zamanlar Rusiya ilə Ukrayna arasında qarşılıqlı hücumların Qara dənizdə müşahidə olunması Türkiyəni ciddi narahat edir. Regionun təhlükəsizliyi Ankara üçün xüsusi prioritet təşkil edir. 1995-ci ildən başlayaraq bu günə qədər Qara dəniz iqtisadi bölgə olaraq Rusiya ilə Türkiyə arasında bölünüb. Həmin ildən bəri Rusiya-Ukrayna müharibəsinin başlanmasına qədər Qara dənizdə təhlükəsizlik bağlı heç bir ciddi problem yaşanmayıb.

Son dörd il ərzində Ankara həm Rusiyanın, həm də Ukraynanın, eləcə də Qərb güc mərkəzlərinin diqqətinə Montre razılaşmasının önəmini, xüsusilə də regional təhlükəsizliyin dayanıqlığının onun üçün əhəmiyyət daşıdığını çatdırıb. Rusiyanın Odessanı işğal etməyə cəhd göstərməsi, bu şəhərə hücumları intensivləşdirməsi regionda çox ciddi problemlər yaradacaq. Buna görə də Ukraynanın Rusiyaya ciddi müqavimət göstərməsi regional balansın saxlanması üçün vacibdir. Türk gəmilərinin Rusiyanın hücumlarına məruz qalması da Moskva ilə Ankara arasında gərginliyə səbəb olub. Ankara ilk gündən bu hücuma ciddi reaksiya verdi”.

H. İnanç hesab edib ki, Qara dənizin münaqişə ocağına çevrilməsi Türkiyəyə də təsir göstərəcək:

“Hazırda Qara dənizin Türkiyə sahillərində təbii qaz resurslarının aşkarlanması və istismarı üzərində geniş işlər aparılır. Rusiyanın hücumlarının artması halında regionun enerji və iqtisadi təhlükəsizliyi təhlükə altında düşür. Qara dənizdə təhlükəsizliyin təmin edilməsi Rusiya-Türkiyə münasibətlərində mövcud vəziyyətin qorunması, eləcə də şimaldan gələn təhlükələrin qarşısının alınması baxımdan çox önəmlidir”. 

Açar Türkiyənin əlindədir 

Politoloq Rəşad Bayramov vurğulayıb ki, Qara dənizdə təhlükəsizlik arxitekturası yenidən gündəmə gəlir. Onun sözlərinə görə, oxşar insidentlərin təkrarlanması və ya insan tələfatının baş verməsi Türkiyəni daha sərt mövqe tutmağa məcbur edə bilər: 

“Rusiyanın Qara dənizdə Türkiyə gəmilərinə ard-arda hücumları Ankara–Moskva münasibətləri baxımından diqqətlə izlənilməli olan hadisələrdir. İnsidentlər zamanı Türkiyə vətəndaşlarının xəsarət almaması gərginliyin dərhal böhrana çevrilməsinin qarşısını alsa da, baş verənlər regional təhlükəsizlik kontekstində ciddi risklər yaradır.

Bu cür hücumlar hüquqi və siyasi baxımdan olduqca həssasdır. Çünki söhbət mülki və kommersiya xarakterli gəmilərdən gedir və onların Türkiyəyə məxsus olması məsələni sırf Ukrayna müharibəsinin texniki epizodu olmaqdan çıxarır. Üstəlik, Türkiyənin NATO üzvü olması istənilən yanlış hesablamanı daha geniş miqyaslı siyasi nəticələrə apara bilər. Bununla belə, Rusiya adətən belə insidentləri “hərbi risk zonası” kimi arqumentlərlə izah edərək, birbaşa Türkiyəni hədəf alan siyasi mesaj verməkdən yayınmağa çalışır”.

R. Bayramov əlavə edib ki, Türkiyə-Rusiya münasibətlərinin spesifikası bu hadisələrin təsirini müəyyən qədər məhdudlaşdırır:

“İki ölkə arasında münasibətlər nə müttəfiqlik, nə də açıq qarşıdurma üzərində qurulub. Yəni başqa sözlə burada rəqabət, əməkdaşlıq və qarşılıqlı faydalılıq eyni vaxtda mövcuddur. Enerji layihələri, ticarət, turizm, o cümlədən Suriya və Cənubi Qafqazdakı balans hər iki tərəfi daha ehtiyatlı davranmağa vadar edir. Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və diplomatik kanalları açıq saxlayıb. Moskva da Türkiyə ilə birbaşa eskalasiyanın NATO faktoruna görə riskli olduğunu anlayır”. 

Sonda politoloq bildirib ki, Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün əsas açar yenə Türkiyənin əlindədir:

“Montre Konvensiyasının ciddi icrası, regional sahilyanı ölkələr arasında koordinasiyanın gücləndirilməsi, mülki gəmiçilik üçün təhlükəsiz marşrutların razılaşdırılması və eskalasiyadan yayınan diplomatik mexanizmlərin aktiv saxlanılması vacibdir. Nəticə etibarilə, baş verənlər Ankara-Moskva münasibətlərində ciddi qırılma yaratmasa da, Qara dənizdə balansın nə qədər həssas olduğunu bir daha göstərir”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see468

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see299

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see277

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see222

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see210

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see209

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see207

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see198

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see197

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see194

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see189

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see184

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see180

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see160

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see159

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see158

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see157

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see150

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see147

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri