Türkiyə Rusiya, Çin və Kanada ilə yeni AES danışıqlarını davam etdirir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə yeni atom elektrik stansiyalarının (AES) tikintisinə dair danışıqları hələ yekunlaşdırmayıb və Rusiya, Çin, Kanada, eləcə də Cənubi Koreya ilə müzakirələri davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqtar "Sabah" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya Sinop və Frakiyadakı AES layihələrində iştirak etməkdə maraqlıdır:
"Rusiya tərəfi orada "Akkuyu" AES-də tətbiq etdiyi təcrübə və insan resurslarından istifadə etmək istəyir. Rusiyadan başqa, digər AES layihələri üzrə Kanada, Çin və Cənubi Koreya ilə də danışıqlar aparırıq. "Akkuyu"dan əlavə, daha səkkiz reaktor tikməyi planlaşdırırıq" — deyə A.Bayraqtar vurğulayıb.
A.Bayraqtar yeni AES-lərlə bağlı hələ heç bir sazişin imzalanmadığını və yaxın aylarda hüquqi prosedurları tamamlamaq istədiklərini qeyd edib. O, həmçinin Kiçik Modul Reaktorları sahəsində tədqiqatlar aparıldıqlarını bildirib:
"Məqsədimiz yeni nüvə erasını tutmaq və kiçik modul reaktorları sahəsində texnologiya ixrac edən ölkəyə çevrilməkdir. 2030-cu illərə qədər öz kiçik modul elektrik stansiyalarını istehsal edən və nüvə texnologiyalarına sahib olan ölkə olmaq istəyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















