Türkiyə Rusiya qazı və Qazprombankla bağlı ABŞa çağırış etdi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mavi yanacağın alınması ilə bağlı “Qazprombank” vasitəsilə əməliyyatlar aparmaq üçün Türkiyə ABŞ-dan istisna almalıdır.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, əks halda sanksiyalar Rusiyaya qarşı tətbiq edilməyəcək, məhdudiyyətlərin hədəfi Ankara olacaq.
“İrana qarşı sanksiyalar tətbiq olunanda təbii qaz alışına istisnalar qoyuldu. Biz ABŞ-dan da oxşar addımlar istəyirik”, – Bayraktar vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi bu istiqamətdə danışıqlar aparır. O, bu çağırışı ABŞ-ın “Qazprombank”a və onun altı xarici törəmə şirkətinə qarşı sanksiyaları fonunda edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, ölkə idxal olunan mavi yanacağın təxminən 40 faizini “Qazprom”dan alır.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















