Türkiyə səfirliyi ölkəsinin iş adamlarını Azərbaycana gətirmək üçün 11 ayda gördüyü işləri açıqlayıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Səfir: "Azərbaycana investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 araşdırma aparılıb"
Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət müşavirliyi ölkəmizə investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 dəfə araşdırma aparıb.
"Report" xəbər verir ki, bunu səfir Cahit Bağçı Dünya Türk Biznes Şurası (DTİK) Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə bildirib.
Bundan başqa, onun sözlərinə görə, 11 ay ərzində sahibkarların 300-dən çox tələbi yerinə yetirilib, biznesmenlərdən və şirkətlərdən gələn 8 mindən çox sorğuya cavab verilib.
"Türkiyənin hər yerindən 60-a yaxın ticarət və sənaye palatası səfirliyə dəvət olunub və məlumatlandırılıb. Nümayəndə heyətlərinə Azərbaycandakı investisiya imkanları barədə bəhs etmişik, müxtəlif tədbirlər həyata keçirmişik", - deyə səfir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















