Icma.az
close
up
RU
Türkiyə səfirliyinin media müşaviri: “Zaman zaman tək media olmalıyıq” MÜSAHİBƏ

Türkiyə səfirliyinin media müşaviri: “Zaman zaman tək media olmalıyıq” MÜSAHİBƏ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin budəfəki qonağı Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir olub.

Onunla Türkiyə səfirliyinin Azərbaycan mediası ilə işbirliyi və gələcək perspektivlər barədə danışdıq. Həmçinin, yeni yaradılan Türkiyə-Azərbaycan Media Platforması və onun məqsədləri ilə bağlı da söhbət etdik:

- Cihangir bəy, indiyə kimi Azərbaycan mediası ilə münasibətlər necə qurmusunuz?

- Bizim bir fəaliyyət planımız var. Əslində, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanla Türkiyə arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxdı. Eyni zamanda, iki ölkə arasında Türkiyə-Azərbaycan Media Platforması quruldu. Qarşılıqlı razılaşdırılan məsələləri artıq icra etməyə başlamalıyıq. Mən də Bakıya gələndən sonra bu platformanın fəaliyyəti barədə bir plan hazırladım.Üstəlik, hər gün bunu tətbiq etdim. 

Əvvəlcə, Azərbaycandakı media nümayəndələri olan dostlarımızla, habelə mediaya birbaşa və dolayı yolla təsir edən şəxslərlə görüşlər keçirdim. Nəticədə, 150-yə qədər layihə ərsəyə gətirdim. Son 7 aydır digər çalışmalarımla yanaşı, jurnalist dostlarımızla qruplar halında görüşlər keçirdik. 

Məsələn, ilk olaraq iqtisadiyyatdan yazan jurnalistlərlə periodik şəkildə görüşdük. Onların fikirlərini öyrəndik və bundan sonra nələr edə biləcəyimizi müzakirə etdik. Təhsil və mədəniyyət sahəsində çalışan jurnalistlərlə də ayrıca görüşlər keçirdik. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlər yaxşı olmalıdır. 

- Türkiyə-Azərbaycan Media Platformasının əsas faəliyyət istiqaməti nələr olacaq?

- Türkiyə-Azərbaycan Media Platforması altında 6 komitənin formalaşdırılması gözlənilir. Onlardan biri İctimai Diplomatiya Komitəsidir. Biz bu komitələri qurmadan əvvəl Türkiyə ilə Azərbaycan ortaq ictimai diplomatiyasını necə həyata keçirə biləcəyi barədə danışıqlar apardıq. Tezliklə 2024-cü ili dəyərləndirəcəyimiz, 2025-ci ili planlayacağımız daha genişmiqyaslı müzakirələr aparacağıq. 

Həmçinin, Beynəlxalq Media Komitəsi də olacaq. Yəni azərbaycanlı və türkiyəli jurnalistlər arasında beynəlxalq səviyyədə çalışan, habelə çoxdilli yayımlar edən media quruluşlarından ibarət komitə qurmaq istəyirik. Çünki media nümayəndələri sadəcə cəmiyyəti deyil, bəzən siyasətçiləri də məlumatlandırırlar.  Qarşılıqlı münasibətlər dövlətlərimizin və millətimizin mənfəəti baxımından çox vacibdir. Media isə strateji əhəmiyyə malik sektordur. Buna görə də Strategiya Rabitəsi Komitəsi də quracağıq. Bununla bağlı da çalışmaları davam etdiririk.

- Digər komitələr hansılardır, onların hədəfləri nələrdir?

- Mən daha əvvəl “Anadolu Agentliyi Akademiyası”nın müdiri idim. O zaman azərbaycanlı jurnalist dostlarımızla seminarlar keçirirdik. İndi isə Türkiyə-Azərbaycan Media Platformasında Təhsil Komitəsi də var. Biz artıq bu komitəni yavaş-yavaş hərəkətə keçirməyə başlamışıq. Hətta mən ötən il buraya təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının  Medianın İnkişafı Agentliyi ilə əvvəl bəzi seminarlar keçirdik. Bu mənada Medianın İnkişafı Agentliyi ilə jurnalistikanın sirləri mövzusunda bir çox təhsil videosu çəkdim və Azərbaycanda yayımlandı. Üstəlik, bu günə qədər 120-dən çox azərbaycanlı jurnalist Türkiyədə təhsil alıb. Onlar müharibə, diplomatiya, enerji kimi bir çox sahədə jurnalistika bilikləri öyrəniblər. 

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) Bakıda keçirilmədən əvvəl də burada Medianın İnkişafı Agentliyi, Türkiyədən isə “Anadolu Agentliyi” və “NTV”-nin iştirakı ilə ətraf mühit və iqlim dəyişikliyi jurnalistikası barədə təhsil verdik. Bu Təhsil Komitəsində də onları bir araya gətirməyə çalışacağıq. Eyni zamanda, Rəqəmsallaşma və Beynəlxalqlaşma Komitəsi və Qanunvericilik və Tənzimləmə Komitəsi də quracağıq.

- Bütün bu addımların əsas məqsədi nədir?

- Bütün bunların əsas məqsədi Türkiyədə Azərbaycanı, Azərbaycanda isə Türkiyəni daha yaxşı tanıtmaqdır. Türkiyə ilə Azərbaycana qarşı Qərbdən və başqa ölkələrdən, eləcə də daxildən dezinformasiya yayılarsa, birlikdə mübarizə aparmalıyıq. Müharibə vaxtı birlikdə olmaq nə qədər qiymətlidirsə, informasiya cəbhəsindəki birlik bundan daha qiymətlidir. Çünki müharibə bitsə, də informasiya müharibəsi davam edir. Qəhrəman şəhidlərimizin, qazilərimizin, ordumuzun qazandığı zəfərləri informasiya cəbhəsində itirməməliyik. Ona görə də yaxşı ittifaq qurmaq lazımdır. 

Bizim “iki dövlət, bir millət” şüarımız var. Azərbaycan və Türkiyə mediası da zaman-zaman tək media kimi hərəkət etməlidir. Yeri gələndə, bir-birimizin və ailəmiz olan türk dünyasının hüququnu müdafiə edəcək səviyyədə yekdil olmalıyıq. Həmçinin, çoxdilli yayımlar etmək lazımdır. Buna uyğun jurnalistlər yetişdirməliyik. Bütün bunların fonlarında hədəflərimizi yaxşı tanıtmaq və gündəmdə tutmaqdır. Çünki neqativ gündəm medianın diqqətini daha çox çəkir. Bu səbəbdən də pozitiv gündəmi artırmaq lazımdır. 

- Azərbaycanla bağlı hisslərinizi də öyrənmək istərdik...

- Mən əslən Kahramanmaraşlıyam. Babalarım Ərzurmdan, öncə isə Qafqazdan köçüblər. Mən bura gələndən sonra nənəmdən, babamdan eşitdiyim cümlələri Azərbaycanda eşitdim. Yəni əsl türkcəni burada danışırlar. Bura bizim ata torpaqlarımızdır, vətənimizdir. Buna görə Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etməkdir, heç bir fərq yoxdur. 

Bizim üçün Azərbaycan bayrağı eyniylə Türkiyənin bayrağı kimidir, müqəddəsdir, qırmızı cizgimizdir. Burada hər gün öz vətənimizə xidmət edər kimi xidmət edirik. Azərbaycan bizim evimizdir, ata ocağımızdır. Bu duyğuları Türkiyədən gələn hər jurnalistin hiss etməsini istəyirəm.

Ümumiyyətlə, nə zaman Azərbaycana dara düşsə, Türkiyə, Türkiyə də dara düşəndə, Azərbaycan dəstək olub. Bir-birimiz üçün şəhidlər vermişik. Qardaş sözünü demək asandır, amma qardaş hüququnu yerinə yetirmək üçün igidlik lazımdır. 

- Son olaraq, Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri Birol Akgün barədə də fikirlərinizi öyrənmək istərdim... 

- Bizdə dövlət ənənəsi var. Diplomatiya tariximiz çox qədimdir, 500 ildən çoxdur. Türk dövlətçilik ənənəsi isə min ildən çoxdur. Ona görə də bizim səfirlərimiz və dövlət rəsmilərimiz bu mirası daşıyırlar. Birol Akgün 1 fevralda vəzifəsinin icrasına başladı. 

O, uzun illər univeristetlərdə müəllimlik edib, son 7 ildə Türkiyə Maaif Vəqfinin sədri olub. Birol bəy çox qiymətli şəxsdir. Beynəlxalq vəqfin qurucularından olub, onu uğurla idarə edib və çox ciddi nöqtəyə gətirib. Bu dönəmin keçmiş illərdə olduğu kimi, Türkiyə-Azərbaycan münasibətlərində çox uğurlu olacağını düşünürəm. Səfirimiz də bu dönəmlə bağlı düşüncələrini ən qısa zamanda media ilə paylaşacaq. O, Azərbaycanı, türk dünyasını çox yaxından tanıyır. Birol bəyin fəaliyyətinin çox uğurlu olacağına əminəm.

Elmir Mustafa
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri