Icma.az
close
up
RU
Türkiyə Şərqi Aralıq dənizində güc balansını dəyişir

Türkiyə Şərqi Aralıq dənizində güc balansını dəyişir

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyənin İspaniya və İtaliya ilə dərinləşən müdafiə əməkdaşlığını Afinada “ciddi təhlükə” hesab edirlər. Afinadakı qiymətləndirmələrə görə, Ankaranın iki mühüm Cənubi Avropa ölkəsi ilə strateji ittifaq qurması Türkiyənin Şərqi Aralıq dənizi və onun hüdudlarından kənarda çəkindirici qüvvəsini gücləndirir.
Reyting.az
xəbər verir ki, bu barədə Yunanıstanın aparıcı qəzeti “Kathimerini” yazıb.
Türkiyənin İspaniya ilə uzun müddətdir davam edən hərbi əlaqələri MUGEM adı ilə tanınan 300 metrlik milli təyyarə gəmisi layihəsi ilə yeni ölçü götürüb. Türkiyənin TCG Anadolu kanalı da ispaniyalı Xuan Karlosdan sonra modelləşib.
Madrid təkcə dənizçilik məsələlərində deyil, həm də hava gücündə Ankaraya üstünlük verir. Yunan mətbuatının yazdığına görə, İspaniya öz “Eurofighter” tədarükünü təxirə salaraq, Türkiyəyə daha tez 40 döyüş təyyarəsi alması üçün yaşıl işıq yandırıb.
Hesabatda qeyd olunur ki, bu paketə Oman və Qətərdən 28 yeni təyyarə və 12 ikinci əl model daxildir.
Bildirilir ki, Türkiyə donanmasının əsas hissəsini təşkil edən “Airbus” nəqliyyat təyyarələri İspaniya fabriklərinin dəstəyi ilə gücləndirilib. Həmçinin, Ankara və Madrid helikopter, peyk və təlim təyyarələri sahəsində də birgə layihələr həyata keçirir.
“Kathimerini” Türkiyə ilə İtaliya arasındakı əlaqələrin eyni dərəcədə təsiredici olduğunu vurğulayıb. Məlumata görə, iyun ayında Türkiyənin müdafiə nəhəngi “Baykar” İtaliyanın “Piaggio Aerospace” şirkətini alıb, yeni texnologiyalara çıxış əldə edib və Avropa İHA bazarına güclü şəkildə daxil olub. “Baykar”ın “Leonardo” ilə Avropa üçün yeni pilotsuz uçuş aparatları hazırlamağa başladığı da bildirilir.
Həmçinin türk şirkətlərinin İtaliyanın “Beretta”, MES və “Magnaghi Aerospace” şirkətləri ilə əməkdaşlıq etdiyi və bunun “atıcı silahlardan ağır döyüş sursatı və təyyarə hissələrinə qədər hərtərəfli istehsal zənciri yaratdığı” qeyd edilib. Vertolyotların, dəniz patrul təyyarələrinin, peyk sistemlərinin birgə istehsalı da davam edir və Türkiyənin İtaliyaya raket tədarük etdiyi bildirilir.
Hesabatda vurğulanır ki, Ankara ilə Roma arasında əməkdaşlıq təkcə müdafiə sahəsi ilə məhdudlaşmır. İki ölkənin Liviya siyasətləri üzərində yaxından işlədiyi, Madridin isə Yaxın Şərq məsələlərində Türkiyə ilə həmrəy olduğu vurğulanıb.
Yunan mətbuatı yazır ki, bu geniş əməkdaşlıq Türkiyənin bölgədə hərbi çəkindirici imkanını gücləndirir, Afinada və Cənubi Kipr Rum Administrasiyasında ciddi narahatlıq yaradır.
Məqalədə “Türkiyənin İspaniya və İtaliya ilə birlikdə inkişaf etdirdiyi müdafiə proqramları ilə Şərqi Aralıq dənizində güc balansı dəyişir və Ankara bunu öz xeyrinə çevirir”,- ifadəsi işlədilib.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri