Türkiyə Egey və Şərqi Aralıq dənizindəki hüquqlarından güzəştə getməyəcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Türkiyə Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərini bundan sonra da güzəştsiz qoruyacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bəyanatın yayılmasına Türkiyənin xarici siyasəti ilə bağlı bəzi iddiaların və yazıların ortaya çıxması səbəb olub. Belə ki, XİN rəhbəri Hakan Fidanın Yunanıstanda nəşr olunan qəzetə müsahibə verdiyi iddia edilsə də, nazir yunan mətbuatına müsahibə verməyib.
Bəyanatda bildirilib ki, Hakan Fidanın Brüsseldə beyin mərkəzlərindən birinin təşkil etdiyi tədbirdə verdiyi cavablar kontekstdən çıxarılıb, Türkiyənin Egey və Şərqi Aralıq dənizi siyasəti isə mübahisə mövzusuna çevrilib.
"İndiyə qədər olduğu kimi, bundan sonra da Egey və Şərqi Aralıq dənizindəki qanuni hüquq və mənafelərimizi güzəştə getmədən qorumağa davam edəcəyik. Hər hansı bir dəyişiklik müzakirə mövzusu deyil", – bəyanatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Oktyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















