Türkiyə şirkətləri 2025ci ildə Suriyanın elektrik təchizatı ilə məşğul olacaq
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin elektrik enerjisi şirkətləri 2025-ci il ərzində Suriyanın elektrik təchizatı məsələləri ilə məşğul olacaq.
“Report” “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“EÜAŞ şirkəti (ən böyük dövlət elektrik enerjisi istehsalı şirkəti - red.) 2025-ci ildə Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsi üzərində işləyəcək. EÜAŞ-ın bu sahədə böyük təcrübəsi var. Biz regionda sabitliyin əldə olunmasına çalışacağıq”, – nazir deyib.
Bayraktarın sözlərinə görə, Suriyanın elektrik təchizatında kömək edəcək ikinci şirkət TEİAŞ-dır.
“Biz TEİAŞ-ı daha da gücləndirməyə çalışırıq. Hazırda artırılmış ötürmə qabiliyyəti ilə yeni elektrik enerjisi ötürmə arxitekturasını həyata keçiririk. 2025-ci il TEİAŞ-ın inkişafı üçün mühüm il olacaq. Bu dövr üçün şirkətin mühüm vəzifəsi qonşumuz Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsidir. Bu kontekstdə TEİAŞ da öz beynəlxalq borcunu yerinə yetirəcək”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Yanvar 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















