Icma.az
close
up
RU
Ermənistan bazarında Türkiyə şirkətləri ARAŞDIRMA

Ermənistan bazarında Türkiyə şirkətləri ARAŞDIRMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın müstəqilliyini elan etməsindən sonra Türkiyə ilə bu ölkə arasında məhdud ticarət və iqtisadi əlaqələr formalaşıb. Lakin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən qısa müddət sonra Türkiyə sərhədini bağlayıb və diplomatik əlaqələrini kəsib. Buna baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri dayanmayıb.

Türkiyənin Ermənistanla ticarət-iqtisadi əlaqələri Gürcüstan üzərindən həyata keçirilirdi. Vətən müharibəsindən sonra Ermənistan hökuməti Türkiyə istehsalı malların ölkəyə idxalını yasaqlamışdı. Amma bu qadağa 2022-ci ilin əvvəlində ləğv olundu və iki ölkə arasında ticarət əlaqələri qısa zamanda bərpa edildi.

İrəvan-İstanbul yük reyslərinin açılması ilə türk məhsulları yenidən Ermənistan bazarında geniş yayılmağa başladı. Rəsmi məlumatlara görə, 2024-cü ildə Türkiyədən Ermənistana idxalın həcmi 330 milyon dollardan çox olub.

Hazırda əsas yük daşımaları Gürcüstan üzərindən və hava reysləri vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç hazırda Ermənistanda səfərdədir. O, həmkarı Ruben Rubinyanla görüşüb. Görüşün detalları hələlik məlum olmasa da, iki ölkə arasında sərhədlərin açılmasının gündəmdə olacağı bildirilir.

Modern.az-ın araşdırmasına görə, Ermənistana ən çox ixrac olunan Türkiyə məhsulları siyahısında isə ilk yerləri geyim, inşaat materialları, mebel və ehtiyat hissələri tutur.

Ermənistanda ən məşhur Türkiyə brendləri “Mavi”, “LC Waikiki”, “Beko”, “Golden Rose”dur.  

“LC Waikiki”nin İrəvanın müxtəlif yerlərində bir neçə mağazası fəaliyyət göstərir. "Koton" brendi də françayzinq əsasında İrəvanda mağaza açıb.

2021-ci ildə edilən aparılan bir araşdırmada “Kargo34”, “Ekspreskargo”, “Kargomkolay”, “Fast-express”, “Hoptrans”, “Acilkargo” kimi şirkətlərin Ermənistanda fəaliyyət göstərdiyi meydana çıxıb. 

Məlumata görə, “Beko” şirkətinin də Ermənistanda fəaliyyəti davam edir. "Beko" brendi Ermənistanda rəsmi distribyutor vasitəsilə satışa çıxarılıb. İrəvanda "Beko" mağazaları məişət texnikası seqmentində böyük paya malikdir. Bundan başqa, "İstikbal" və "Bellona" mebel markaları da ölkədə fəaliyyət göstərir.

Digər Türkiyə markası “Mavi”nin isə Ermənistandakı fəaliyyəti məhdudlaşıb. “Mavi Armenia” mağazası mövcud olsa da, 2020-ci ildən Türkiyə məhsullarının Ermənistana idxalına qoyulan qadağalar nəticəsində mağazanın işində çətinliklər yaranıb. Məlumatlara görə, həmin dövrdə mağazada əvvəl satılan Türkiyə istehsalı geyimlər yerli alternativ markalarla əvəz edilib.

Türkiyənin "Lassa" və "Petlas" markaları avtomobil şinləri bazarında Ermənistanda geniş yayılıb. Yerli distribyutorlar bu məhsulları Gürcüstan üzərindən idxal edirlər. Ermənistan supermarketlərində və onlayn platformalarda Türkiyə istehsalı qida məhsullarına da rast gəlinir. Məsələn, "Koska" lokum və halvaları, "Eti" biskvitləri, "Tadım" quru meyvələri alıcılar arasında populyardır.

Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi hələ tam yekunlaşmasa da, iqtisadi əməkdaşlıq faktiki olaraq gündəlik həyatda özünü göstərir. Türk brendlərinin Ermənistanda bu qədər əlçatan olması həm İrəvanın bazarlarını canlandırır, həm də bölgədə qarşılıqlı asılılığı artırır.

Ekspertlərin fikrincə, quru sərhədin tam açılması ilə bu rəqəmlər daha da böyüyə, Türkiyə şirkətləri Ermənistanda daha güclü şəkildə təmsil oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:407
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri