Türkiyə Qazaxıstanda 79,5 milyon dollarlıq əczaçılıq zavodu tikəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Qazaxıstan Səhiyyə Nazirliyi Türkiyənin "Nobel" şirkəti ilə Qazaxıstanda yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisinə dair böyük investisiya müqaviləsi imzalayıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Türkiyənin investisiyası 40 milyard tengə (79,5 milyon dollar) təşkil edəcək.
Zavodun tikintisinə 2026-cı ildə başlanılacaq, 17 sosial əhəmiyyətli preparat və 40 adda dərman vasitəsi istehsal ediləcək.
"Bizim vəzifəmiz ölkəni keyfiyyətli və əlçatan dərmanlarla təmin etmək, eyni zamanda Qazaxıstanın regional əczaçılıq mərkəzinə çevrilməsi üçün şərait yaratmaqdır. Bunun üçün bütün zəruri qanunvericilik şərtləri artıq yaradılıb", - Qazaxıstan Səhiyyə naziri Akmaral Alnazarova deyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















