Icma.az
close
up
RU
Türkiyə Suriyada hərbi baza qurur İsrail Ankaranın qərarında çox narahatdır

Türkiyə Suriyada hərbi baza qurur İsrail Ankaranın qərarında çox narahatdır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türkiyə Suriyanın T4 kimi tanınan Tiyas hava bazasına nəzarəti ələ keçirməyə başlayıb və orada hava hücumundan müdafiə sistemlərini yerləşdirməyə hazırlaşır.
Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) yazıb.
Britaniya nəşrinə bunu məsələ ilə bağlı məlumatlı mənbələr danışıb.
Ankara və Dəməşq ötən ilin dekabr ayından Bəşər Əsədin devrilməsindən sonra müdafiə paktı üzrə danışıqlar aparır. Razılaşma Türkiyəni rəsmi ordusu olmayan Suriyanın yeni hökuməti üçün hava çətiri və hərbi müdafiəni təmin etməni nəzərdə tutur.
Türkiyə rəsmiləri danışıqları sakitcə və məxfi şəkildə davam etdirir.
İsrail Türkiyənin Suriyadakı hərbi mövcudluğunu potensial təhlükə hesab etdiyi halda, Ankara öz hərbi imkanlarından istifadə etməklə, Rusiya və İranın geri çəkilməsindən yaranan güc boşluğunu doldurur və ölkədə sabitliyi təmin etməyi hədəfləyir.
Ankara, həmçinin, ABŞ-nın regiondan çıxması üçün əsas şərt olan İŞİD-ə qarşı mübarizəni gücləndirmək niyyətindədir.
Məsələ ilə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə Suriyanın mərkəzində, Palmira yaxınlığında yerləşən T4 aviabazasına nəzarəti ələ keçirmək üçün hərəkətə başlayıb.
“Hisar” tipli hava hücumundan müdafiə sistemi bazanın hava mühafizəsini təmin etmək üçün yaxın vaxtlarda T4-də yerləşdiriləcək”, - mənbə bildirib.
O əlavə edib: “Sistem işə salındıqdan sonra baza yenidən qurulacaq və lazımi avadanlıqlarla təchiz olunacaq. Ankara, həmçinin, geniş zərbə imkanlarına malik olmaq üçün bazada müşahidə və döyüş PUA-ları yerləşdirməyi planlaşdırır”.
Mənbə qeyd edib ki, baza Türkiyəyə regionda hava nəzarəti qurmağa kömək edəcək və onun Suriya səhrasında hələ də fəaliyyət göstərən İŞİD-lə mübarizə səylərini dəstəkləyəcək.
Sonda Ankara sonda T4-də və ətrafında müxtəlif təhlükələrə qarşı reaktiv təyyarələrdən tutmuş pilotsuz təyyarələrə, qısamənzilli raketlərə malik olan çoxlaylı hava hücumundan müdafiə sistemi qurmağı hədəfləyir.
İkinci mənbə qeyd edib ki, Türkiyənin hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələrinin mövcudluğu çox güman ki, İsraili bölgəyə hava zərbələri endirməkdən çəkindirəcək.
Türkiyə Müdafiə Nazirliyi mövzuya şərh verməkdən imtina edib.
Ötən ilin dekabrında Əsəd hökuməti süqut etdikdən sonra İsrail mütəmadi olaraq Suriyanın hərbi obyektlərini hədəfə alıb və son vaxtlar T4 ətrafında əməliyyatlar artıb. Ötən həftə İsrail Hərbi Hava Qüvvələri uçuş-enmə zolaqlarını və strateji obyektləri hədəf alaraq T4 və Palmira hava bazasına zərbələr endirib.
İsrail təhlükəsizlik mənbəsi Bazar ertəsi mediaya bildirib ki, Suriyadakı hər hansı bir Türkiyə hava bazası İsrailin əməliyyat azadlığını pozacaq. O deyib: "Bu, əleyhinə olduğumuz potensial təhlükədir".
Türkiyə ilə İsrail arasında gərginlik İsrailin Qəzzaya qarşı 2023-cü ildə başlatdığı müharibədən sonra artıb və iki ölkə arasında qısamüddətli barışıq dövrü başa çatıb.
Əsəd hökumətinin süqutu və Türkiyənin Suriyada dominant gücə çevrilməsi indi Ankaranı regionda İrandan daha potensial təhlükə sayan İsraili çox narahat edib.
İsrailin təhlükəsizlik mənbəsi “Jerusalem Post” qəzetinə deyib: “Biz bu yaxınlarda bir mesaj vermək üçün T4 hərbi bazasını hədəfə aldıq: havada əməliyyat azadlığımıza heç bir maneə saxlamayacağıq”.
İlk MEE mənbəsi bazada yenidənqurma işləri zamanı hava məkanının təhlükəsizliyini təmin etmək üçün Ankaranın “S-400” hava hücumundan müdafiə sistemlərinin müvəqqəti olaraq T4 və ya Palmiraya yerləşdirməyi nəzərdən keçirdiyini açıqlayıb. Bununla belə, yekun qərar verilməyib və Rusiyadan buna razılıq alınmalıdır.
Yeri gəlmişkən, Ankara və Vaşinqton Türkiyənin Rusiya istehsalı olan “S-400” sistemi alması ilə bağlı sanksiyaların ləğvinə dair danışıqlar aparır. Həmin sövdə 2019-cu ildə Türkiyənin “F-35” proqramından çıxarılmasına səbəb olub.
Ötən ay ABŞ prezidenti Donald Tramp və türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanın telefon söhbətində Türkiyənin yenidən proqrama qoşulmasının mümkün yolları müzakirə edilib.
ABŞ qanunlarına görə, Türkiyə yenidən proqrama qatılmaq üçün “S-400” sistemindən imtina etməlidir.
Türkiyə rəsmiləri sistemin sökülərək saxlanması və ya potensial olaraq Türkiyədən kənarda öz nəzarətində olan bazaya köçürülməsi variantını təklif ediblər.
Bununla belə, İsrail Ankaranın “F-35” proqramına çıxış imkanı verəcək istənilən addımın İsrailin bölgədəki hərbi üstünlüyünü zəiflədəcəyini iddia edir və bunun qəti şəkildə əleyhinədir.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri