Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Türkiyə Azərbaycandan, Azərbaycan Türkiyədən vaz keçməz

Türkiyə Azərbaycandan, Azərbaycan Türkiyədən vaz keçməz

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəni ən yaxından tanıyan jurnalistlərdən biri olduğumu düşünürəm. Jurnalist dostlarımın sayəsində Türkiyənin az qala bütün bölgələrini, şəhərlərini, kəndlərini gəzmişəm. Ankaranı, İstanbul küçələrini, İzmir sahillərini, Antalyanın yollarını görmüşəm. Türkiyəni coğrafiyası ilə yanaşı, insanları ilə tanımışam.

Bir həqiqəti çoxdan anlamışam ki, Türkiyə bizim düşündüyümüz qədər sadə ölkə deyil. Türkiyə müxtəlif siyasi baxışların, ideoloji cərəyanların və fərqli maraqların bir araya gəldiyi böyük bir ölkədir. Dünyanın böyük güclərinin maraqlarının ildırım kimi toqquşduği,  kəsişdiyi yerdir. Burada Azərbaycanı ürəkdən sevən, Azərbaycana məsafəli yanaşan, hətta Türkiyənin özünə qarşı olan qüvvələr mövcuddur.

2008–2009-cu illər yadımdadır... Ankara, İstanbul, İzmir, Antalya və digər bölgələrdə da Xocalı soyqırımına həsr olunmuş fotosərgilər təşkil edirdik. Azərbaycanın ağrısını Türkiyəyə anlatmağa çalışırdıq. Mütləq qeyd etməliyəm ki, həmin tədbirlərin arxasında Türkiyəli dostlarımızın əməyi dayanırdı. Maddi xərcləri qarşılayan, salon axtaran, afişa hazırlayan, jurnalistləri tədbirə gətirən, Xocalı həqiqətlərini öz qəzetində, televiziyasında, saytında yayımlayan türkiyəli həmkarlarımız vardı. Onların içində Mehmet Ali Dim kimi Azərbaycan məsələsində illərdir açıq mövqe nümayiş etdirən jurnalist dostumuz var.

2008-ci ildə Antalyada təşkil etdiyimiz Xocalı fotosərgisində gecə saatlarında fotoların oğurlanması hadisəsini də xatırlayıram. Məsələ araşdırıldı və hadisənin arxasında erməni tərəfdarlarının dayandığı barədə nəticələr ortaya çıxdı.

Türkiyənin müxtəlif media qurumlarında çalışan çoxsaylı jurnalist dostlarımla indi də tez-tez danışırıq. Onlar son günlər sosial şəbəkələrdə baş verənlərdən narahatdırlar. “Belə olmaz”, “İki qardaşın arasına girmək olmaz”, – deyirlər. Türkiyədə Azərbaycana olan sevgi bir sosial media kampaniyasının göstərə biləcəyindən qat-qat böyükdür. Azərbaycan da Türkiyəyə belə baxır. Bizdə Türkiyə ilə bağlı sevgini ayrıca izah etməyə ehtiyac yoxdur. Bu sevgi gündəlik həyatın içindədir.

İndi əsas məsələyə gələk. Regionda Azərbaycan – Türkiyə yaxınlığından narahat olan müxtəlif siyasi dairələrin olması aksiomadır. Cənubi Qafqaz mühüm geosiyasi rəqabət məkanıdır. Enerji, nəqliyyat, təhlükəsizlik, və yeni iqtisadi marşrutlar bu coğrafiyanın əhəmiyyətini artırır. Belə bir şəraitdə informasiya mühiti də geosiyasi rəqabətin bir hissəsinə çevrilir. Yalanı tamamilə uydurmurlar. Həqiqətin bir hissəsini götürüb ona başqa məna verirlər. Müasir informasiya müharibəsinin ən təhlükəli tərəfi elə budur. Bu, informasiya manipulyasiyasının klassik mexanizmlərindən biridir. İş ondadır ki, Azərbaycan – Türkiyə münasibətləri belə manipulyasiyalara qarşı xüsusilə həssas mövzudur.İki xalqın bir-birinə sevgisi böyükdür. Böyük olan hər şey kimi, bu münasibətin də rəqibləri var.

Türkiyəli jurnalist dostlar, siz Azərbaycanın haqq səsini ən çətin günlərdə eşitmisiniz. Xocalını, Qarabağı, işğalı yazmısınız. Azərbaycanın 44 günlük müharibəsində türk mediasının böyük hissəsinin Azərbaycana göstərdiyi diqqət bizim yaddaşımızdadır.

İndi də sizdən yalnız bir şey istəyirik, Azərbaycan haqqında danışarkən kimsənin həqiqəti kontekstdən qoparmasına aman verməyin. İmkan verməyin ki, Azərbaycanın xarici siyasəti, Azərbaycan – Türkiyə münasibətləri və Azərbaycanın başqa dövlətlərlə əlaqələri ayrı-ayrı sosial media manipulyasiyalarının diktəsi ilə qiymətləndirilsin. Bir görüntünü götürüb böyük siyasi nəticə çıxarmaq asandır. Çətin olan həmin görüntünün arxasındakı diplomatik, siyasi və tarixi konteksti araşdırmaqdır. Jurnalistikanın gücü həqiqəti bütöv göstərməkdədir.

Türkiyəli məmurlara da sözüm var, dövlətlərarası münasibətlərdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin bir hissəsidir. Ona görə də iki ölkənin münasibətlərini qəsdən pozmağa yönəlmiş konkret qanunsuz fəaliyyət varsa, bunun hüquqi qiyməti müvafiq dövlət institutları tərəfindən verilməlidir. Türkiyə də, Azərbaycan da hüquqi dövlətdir. Azərbaycan – Türkiyə münasibətləri haqqında fikir söyləmək ayrı məsələdir, iki xalq arasında nifaq yaratmağa yönəlmiş sistemli və qanunsuz fəaliyyət isə tamam başqa məsələdir. Bu fərqi qorumaq lazımdır.

Azərbaycan – Türkiyə münasibətlərinin siyasi və hüquqi əsaslarından biri 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd iki ölkənin strateji tərəfdaşlığını daha yüksək səviyyəyə çıxardı. Şuşa Bəyannaməsi nə qədər diplomatik sənəddirsə, o qədər də illər boyu formalaşmış siyasi iradənin hüquqi ifadəsidir. Orada Azərbaycan və Türkiyə münasibətlərində suverenlik, ərazi bütövlüyü, milli maraqlar və qarşılıqlı dəstək prinsipləri ön plana çıxır. Bu münasibəti bir sosial media paylaşımı ilə nə qurmaq olar, nə də dağıtmaq. Çünki bu münasibətin kökü siyasətdən daha dərindir.

Azərbaycan – Türkiyə birliyi Türk dünyasının siyasi və iqtisadi əlaqələrinin dərinləşməsi, regional nəqliyyat bağlantılarının güclənməsi deməkdir. Enerji təhlükəsizliyi, Cənubi Qafqazda sabitlik deməkdir. Türk Dövlətləri Təşkilatının siyasi çəkisinin artması, iki xalqın bir-birinə güvənməsi deməkdir.

Buna görə də Azərbaycan – Türkiyə münasibətlərini pozmağa hesablanan hər informasiya dalğasına yalnız iki ölkə arasındakı münasibət kimi yox, Türk dünyasının gələcəyi baxımından baxmaq lazımdır. Biz fürsətcillərə bir şeyi anlatmalıyıq. Anlatmalıyıq ki. Azərbaycan Türkiyədən, Türkiyə də Azərbaycandan vaz keçməyəcək. Bizim münasibətlər siyasi küləklərin istiqamətindən asılı olmayacaq qədər dərin köklərə malikdir. Bizi birləşdirən Şəhidlərin xatirəsidir, Şuşa, Çanaqqala, Xocalıdır, gələcəkdir.

Bir jurnalist kimi düşünürəm ki, Türkiyə – Azərbaycan qardaşlığını qorumağın ən böyük yolu bir-birimizə kor-koranə inanmaq deyil, bir-birimiz haqqında həqiqəti qorumaqdır. Həqiqət qardaşlığın ən möhkəm sipəridir. Fürsətcillərə fürsət, manipulyasiyaya meydan verməyək. İki xalqın arasındakı yol sosial mediadan keçmir. Tarixdən keçir.

Və Azərbaycanla Türkiyənin tarixi hələ bitməyib.

Türkiyə Azərbaycandan, Azərbaycan Türkiyədən vaz keçməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri