Türkiyə Ukrayna ilə bağlı aktiv diplomatiyaya HAZIRDIR
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İstəyənlər koalisiyası”nın Ukrayna üzrə sammitində Türkiyə münaqişənin həlli üçün diplomatik səylərə rəhbərlik etməyə hazır olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sosial şəbəkədə məlumat verib.
"Fransa Prezidenti Emmanuel Makronun himayəsi altında hibrid formatda keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsündən sonra Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün diplomatik səylər müzakirə edilib. Biz davamlı sülhün bərqərar olması üçün bütün sahələrdə aparıcı rol oynamağa hazır olduğumuzu və tərəflər arasında diplomatiya və dialoqa üstünlük verilməsinin vacibliyini vurğuladıq",- deyə o, qeyd edib.
Onun sözlərinə görə, İstanbul ədalətli və davamlı nizamlanma əldə olunana qədər bütün mümkün vasitələrdən istifadə edərək diplomatik prosesdə fəal iştirak etməyə davam edəcək.
Aminə Şahsuvarqızı


