Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazır olduğunu bəyan edib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Türkiyə Ukrayna münaqişəsinin həllinə, o cümlədən danışıqlar üçün öz ərazisini təmin etməklə, istənilən kömək və yardımı göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun “Euronews” telekanalına müsahibəsində bildirib.
“İstanbul sülh platforması kimi irəli sürüldü və bu, beynəlxalq səviyyədə xoş qarşılandı. Ölkələrin yenidən İstanbulda görüşəcəyini güman etmək olar. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq humanitar yardım və sülh danışıqları da daxil olmaqla istənilən yardımı göstərməyə hazırdır”, - Altun deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna arasındakı böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün bütün tərəflər konstruktiv və məsuliyyətli şəkildə qarşılıqlı fəaliyyət göstərməlidir. “Türkiyə təkcə regional sülhün deyil, qlobal sabitliyin də qorunması üçün hər cür səy göstərəcək”, - Altun vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















