“Türkiyə Ukraynada sülhməramlı missiyada əsas rol oynaya bilər”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Türkiyə Ukraynada mümkün sülhməramlı missiyada, eləcə də Qara dəniz regionunda sabitliyin qorunmasında əsas rol oynaya bilər”.
Missiya.Az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Türkiyə səfərindən sonra Varşavada keçirdiyi mətbuat konfransında deyib.
“Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana tövsiyə etdim və inandırdım ki, Türkiyə Ukraynada atəşkəs əldə edildikdən sonra vəziyyəti sabitləşdirmək üçün burada olmaqdan çəkinməməlidir”, - deyə siyasətçi vurğulayıb.
Tusk bildirib ki, Ərdoğan öz qoşunlarını Ukraynaya göndərməyəcək, lakin şərq cinahını, yəni Rusiya və Belarusla sərhədləri müdafiə edəcək Polşanın mövqeyini anlayıb.
Onun sözlərinə görə, Türkiyə də Qara dəniz hövzəsində vəziyyətin sabitləşdirilməsində fəal iştirak etməyə hazırdır.
Tusk qeyd edib ki, Varşava hərbi sahədə və müdafiə sənayesində Ankara ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 Mart 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















