Türkiyə XİN: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqların hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacağına ümid edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
"Ümid edirik ki, İstanbulda keçiriləcək danışıqlar gələcəkdə hərtərəfli atəşkəsə, ədalətli və davamlı sülhə zəmin yaradacaq", - deyə Fidan bildirib.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutub. Moskva və Kiyev "1000-ə 1000" düsturuna əsasən əsirləri dəyişdirmək, mümkün gələcək atəşkəs barədə öz baxışlarını irəli sürmək, onu ətraflı şəkildə ifadə etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Moskva görüşün nəticəsindən razıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















