Türkiyə Qəzzada sülhməramlı missiyada iştirak etməyə hazırdır Müdafiə Nazirliyindən açıqlama
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qəzzada yaradılacaq missiyada biz də yer alacağıq” bəyanatından sonra Milli Müdafiə Nazirliyindən (MSB) məsələ ilə bağlı açıqlama verilib.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) sülhün təmin edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və onlara həvalə ediləcək istənilən vəzifəni yerinə yetirməyə hazırdır.
Açıqlamada qeyd olunub:“Türk Silahlı Qüvvələri indiyə qədər beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə müxtəlif təşkilatlar çərçivəsində fərqli bölgələrdə çoxsaylı missiyalarda iştirak edib, peşəkarlığı və ədalətli mövqeyi ilə bütün tərəflərin rəğbətini qazanıb. Barışın bərpası və qorunmasında təcrübəyə malik olan ordumuz özünə tapşırılacaq hər bir vəzifəyə hazırdır".
Xatırladaq ki, İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib. Bu qərar beynəlxalq miqyasda geniş rezonans doğurub. Prezident Ərdoğan da atəşkəsdən məmnunluğunu ifadə edərək bildirib ki, missiyada Türkiyə də iştirak edəcək.”
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















