Icma.az
close
up
RU
Türkiyə Ukraynanı ortaq məxrəcə yaxınlaşdırmağa çalışır ki, ABŞ la görüşdə sülh təklifi qəbul olunar

Türkiyə Ukraynanı ortaq məxrəcə yaxınlaşdırmağa çalışır ki, ABŞ la görüşdə sülh təklifi qəbul olunar

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Zelenski ilə sülh şərtləri ilə bağlı fərqli görüşlər oldu. Macarıstanda, Ciddədə, Birləşmiş Ərəb Əmirliklərində, Budapeştdə görüşlər oldu. Ən çox yaxınlaşdıqları dövr məhz İstanbuldakı görüş olub. Hansı ki, bu görüşdə faktiki olaraq, Zelenski şərtlərlə razılaşmışdı. Daha sonra Böyük Britaniyanın təhriki ilə Ukrayna bu şərtlərdən uzaqlaşdı. İndiki halda da burada iki əsas məqsəd var. ABŞ düşünür ki, Ərdoğan Zelenskini yenə də İstanbul şərtlərinə bənzər şərtlərlə razılaşdıra bilər. Məhz buna görə də, ABŞ nümayəndəsinin göndərilməsi nəzərdə tutulurdu. Ancaq ola bilsin ki, düşündülər ki, faktiki olaraq hələ Zelenski sülhə tam hazır deyil və yaxud Rusiya yenə də irəliləyişləri davam etdirir. Buna görə də ABŞ öz nümayəndəsi Stiv Uitikovun göndərilməsini təxirə saldı”.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada əsas məsələ Zelenskinin sülh şərtlərinə məcbur etməkdir və proses bu istiqamətdə irəliləyir. Turab Rzayevin fikrincə, ikinci məsələ odur ki, Zelenskinin Türkiyədən öz istəkləri ola bilər, çünki Türkiyə hər nə qədər Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, müharibənin bitməsinin tərəfdarı olsa da və daha çox sülh sammitinin baş tutması üçün çalışan ölkə olsa da, bir tərəfdən də Ukraynaya maddi və hərbi yardımlar edib.

Turab Rzayev

“Faktiki olaraq Ukrayna ordusu geniş şəkildə Türkiyə dronlarından, Türkiyə uçuş avadanlıqlarından istifadə edir. Türkiyə ilə Ukraynanın xüsusilə PUA sahəsində ortaq istehsalları var və yaxud əməkdaşlıq edən şirkətlər var. Nəzərə alsaq ki, ABŞ Ukraynaya maliyyə yardımlarını, silah yardımlarını dayandırıb, buna görə də, Zelenskinin Türkiyədən əlavə istəkləri də ola bilərdi. Ukraynanın logistik təchizatı ilə bağlı, Ukraynanın müəyyən enerji resursları təchizatı ilə bağlı, eyni zamanda Ukraynanın hərbi sahədə müəyyən təchizatları ilə bağlı Türkiyənin istəkləri ola bilərdi. Siyasi sahədə Türkiyənin Putinə təzyiq göstərib, onu da müəyyən güzəştlərə məcbur etməsi də ola bilərdi. Burada açıq hədəf həm də ABŞ-ın sülh şərtləri, atəşkəs şərtləri və bu şərtlərə Zelenskini hazırlamaq idi. Düşünürəm ki, bu görüşdə Ərdoğanla Zelenski görüşünü həm də sülh və atəşkəs şərtləri müzakirə olunar. Ərdoğan maksimum çalışacaq ki, Ukrayna tərəfi də ortaq məxrəcə yaxınlaşsın. Və bundan sonra ABŞ nümayəndə heyəti ilə görüş baş tutsa, daha əhəmiyyətli olar ki, məhz ortada ən azından ortaq məxrəc yaranar və ABŞ bu məxrəc üzərindən Rusiyaya sülh təklif edə bilər”-deyə Turab Rzayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri