Icma.az
close
up
RU
Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar

Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin ADA-dakı forumda çıxışında Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi ilə bağlı sözləri diqqəti cəlb edib. Çünki, bu dövlət başçısı səviyyəsində ilk dəfəydi səslənirdi. Əlbəttə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə Prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirildi. Bu vasitəçilik Azərbaycan üçün ona görə əhəmiyyətliydi ki, ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Tel-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  O, deyib ki, fikrimcə, Azərbaycan bu gərginliyin ortadan qaldırılması üçün yenə fəallığını artırıb:

"Bu mənada qısa zaman kəsiyində Prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirdib. İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir. Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ Evdə görüşdə Türkiyənin ünvanına söylədiyi fikirlər İsraili Türkiyə ilə qarşıdurmadan çəkindirməlidir. Bakı kimi Vaşinqton da Türkiyə-İsrail gərginliyinin azalmasında maraqlıdır. Bu mənada Ankara ilə Tel-Əviv arasında yenidən dialoq imkanlarının formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini birləşdirə bilərlər".

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri