Icma.az
close
up
RU
Türkiyə vətəndaşı qayınatasının qonşusuna xəsarət yetirdi, evini daşa basdı TƏFƏRRÜAT

Türkiyə vətəndaşı qayınatasının qonşusuna xəsarət yetirdi, evini daşa basdı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.


Abşeron rayonunda Türkiyə respublikasının vətəndaşı Mehmet Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşuluqda yaşayan Cavidə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, Vidadi küçəsində baş verib. 
2000-ci il təvəllüdlü Mehmet həmin ünvanda yaşayan qayınatası Abdulla ilə qonşuluqda yaşayan Cavid ilə aralarında hasar çəkilməsinə və bunun üçün aparılan qazıntı işlərinə mane olması ilə bağlı şəxsi münasibətlər zəminində mübahisə edib. 
Mübahisə zamanı Mehmet Cavidə bir dəfə yumruqla sifət nahiyəsindən vurub. Ona burun nahiyəsinin qançırı və digər xəsarətlər yetirib. 
İstintaq orqanı tərəfindən Mehmetin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehmet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Türkiyə vətəndaşıdır, evlidir və bir azyaşlı övladı var: 
“Rəsmi olaraq işləmirəm. Həyat yoldaşım Leyla Azərbaycan vətəndaşıdır və buna görə tez-tez Azərbaycana gəlib-gedirəm. Leylanın atası Abdulla Saray qəsəbəsində yaşayır. Biz ailəvi hər dəfə Azərbaycana gələndə həmin ünvanda qonaq oluruq. Növbəti dəfə Azərbaycana gəldim və həmin vaxtdan  qayınatamın evində qonaq oldum. Bundan əlavə həmin evin həyətyanı sahəsinə bitişik olan torpaq sahəsində ailəm üçün ev tikirəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Azərbaycanda olduğu müddətdə həmin torpaq sahəsinin hasarını çəkmək istəyib: 
“Buna görə də həmin yerdə hasar üçün yer qazdım. Bundan sonra qayınatam ustalara zəng vurdu ki, evin hasarını hörməyə gəlsinlər. Bundan sonra ustaları gözlədik. Həmin gün saat 10 radələrində 2 nəfər adını bilmədiyim usta gələn zaman hasar üçün qazdığım yerin torpaqla doldurulduğunu gördüm. Bu zaman biz öz aramızda söhbət edərək bunu kimin törətdiyini bilmək istədik. Təxmini 10-15 dəqiqə sonra qonşuluqda yaşayan Cavid gələrək qazılan yeri doldurduğunu və hasar çəkilən yerin evinə gedən yol olduğunu bildirdi. Bu zaman isə  bərk əsəbləşdim. Çünki, oruclu ola-ola 3 gün boyunca əzab-əziyyətlə yer qazmışdım və bir dəqiqənin içərisində Cavidin həmin yeri doldurması mənə pis təsir etdi”. 
Mehmetin ifadəsinə görə, bu zaman ilk öncə qayınatası Abdulla ilə Cavid mübahisə edib: 
“Ancaq sonradan mübahisəyə mən də qoşuldum. Lakin həmin vaxt Cavidin bəzi sözləri və üzərimə gəlməyi məni özümdən çıxardı. Həm də Cavidin qazdığım yeri doldurmasına görə ondan acıqlı idim. Buna görə də həmin vaxt Cavidin üzərinə hücum çəkdim, yumruqla bir dəfə sifət nahiyyəsindən vurdum və Cavid yerə yıxıldı. Bundan sonra isə ustalar və qayınatam Abdulla araya girərək bizi ayırdı. Sonra ara sakitləşdi. 
Hətta, həmin vaxtı Cavid də məni vurdu. Sadəcə olaraq ondan şikayət etməmişəm. Sonradan isə Cavidin polisə müraciət etdiyini bildim. Törətdiyim əməldən peşman olmuşam. Cavidlə barışmağa cəhd etmişəm. Lakin onun qoyduğu şərtləri qəbul etmədiyimdən barışıq əldə edə bilməmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cavidin sözlərinə görə, hadisə günü səhər saatlarında övladlarını məktəbə düşürüb və evə qayıdan zaman qonşuluqda yaşayan Abdulla adlı şəxs onun evinə gedən yolun üzərində qazıntı işləri apardığını görüb: 
“Abdullanın apardığı qazıntı hasar üçün nəzərdə tutulub və ətrafında mişar daşları var idi. Həmin hasar çəkildiyi təqdirdə evimə giriş-çıxış mövcud olmayacaqdır. Buna görə də evə keçərək əynimi dəyişdim və həmin mişar daşlarını kənara çəkdim, qazılmış hissələri torpaqla doldurdum. 
Daha sonra isə evə keçdim. Bir müddət sonra saat 10:15-də küçədən səs-küy gəldiyini gördüm. Küçəyə çıxanda qonşum Abdulla, tanımadığım 2 nəfər usta olan şəxs və Abdullanın qohumu hesab etdiyi Türkiyə vətəndaşı başqa bir tanımadığım şəxsin ucadan doldurduğum qazıntı yeri ilə bağlı söhbət etdiyini gördüm. Bu zaman Abullaya yaxınlaşdım və etdiyinin qanunsuz olduğunu bildirdim. Abdulla isə həmin yeri aldığını bildirdi. Abdullaya həmin yerin sənədini göstərməsini dedim. Ancaq Abdulla bundan imtina etdi”. 
Cavidin ifadəsinə görə, daha sonra Abdullaya hasar çəkməyi dayandırmağını və məhkəmədə mübahisəni həll etməyi bildirib: 
“Lakin Abdulla bununla razı olmayaraq mübahisə etdi. Həmin vaxt Abdullanın qohumu olan Türkiyə Respublikası vətəndaşı məni nalayiq ifadə ilə təhqir etdi. Mən də həmin şəxsə qarşılıq verdim. 
Daha sonra həmin şəxs məni yenidən ağır söyüşlə təhqir etsə də, yenidən həmin şəxsə qarşılıq verdim, Abdullanın qoluna  girməklə qohumunu uzaqlaşdırmağını və hadisə baş verə biləcəyini dedim. Lakin bu zaman çevrilərkən qəflətən arxadan Türkiyə vətəndaşı olan şəxs məni yumruqla bir dəfə sifət nahiyyəmdən vurdu. Yumruğun təsirindən yerə yıxıldım. Daha sonra həmin şəxsin məni yerdə vurub-vurmamasını xatırlamıram. Biraz sonra isə özümə gələndə burnumdan qan gəldiyini gördüm və qanı təmizlədim. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim”. 
Zərərçəkmiş şəxsin ifadəsinə görə, sonradan ona xəsarət yetirən şəxsin Abdullanın Türkiyə Respublikası vətəndaşı olan kürəkəni olmasını, adının da Mehmet olmasını öyrənib: 
“Hadisə zamanı qonşum Abdulla, Mehmet və onlarla birlikdə olan iki nəfər tanımadığım usta orada olub. Mənim Abdulla və Mehmet Mehdi ilə aramızda mübahisə 10-15 dəqiqə çəkdi. Mehmet məni qəflətən vurub. Mehmet mənimlə barışığa cəhd edib. Mən isə yalnız mübahisəli torpaq sahəsi üzərində olan yolun mənə qaytarıldığı təqdirdə onunla barışacağımı bildirmişəm”. 
Zərərçəkmiş həmçinin bildirib ki, təqsirləndirilən şəxs bu hadisədən sonra onun evini daşlayıb, ailəsi və onu qorxu içındə yaşamağa məcbur edib. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehmet 1500 manat məbləğində cərimə cəzasına məhkum olunub.
Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməsi qərara alınıb. 
Bu hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. 
O, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş edib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri