Icma.az
close
up
RU
Türkiyə XİN: İstanbul danışıqları konkret nəticələr verə bilər

Türkiyə XİN: İstanbul danışıqları konkret nəticələr verə bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçiriləcək danışıqlardan konkret nəticələr gözlədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz müharibədə kritik, dönüş nöqtəsinə yaxınlaşırıq. Qarşıda iki yolumuz var: ya bu müharibənin davam etdirilməsinə göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq. Vasitəçilik səylərimiz nəticəsində müəyyən irəliləyiş əldə edə bilərik.

Mayın 16-da İstanbulda keçirilən danışıqlar diplomatik həllin tapılmasında yeni imkanlar açıb. Atəşkəs və sülh gözləntiləri artıb. Biz İstanbuldakı danışıqlara yeni başlanğıc kimi baxırıq. Əsirlərin mübadiləsi ilə bağlı sazişlərin sürətlə həyata keçirilməsi sübut etdi ki, danışıqlar konkret nəticələr verə bilər”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Fidan qeyd edib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Moskva ilə Kiyev arasında vasitəçi missiyasını yerinə yetirir. “Əvvəla, mayın 26-27-də Moskvada səfərim zamanı Rusiya tərəfinin fikrini dinlədim. Orada öz qiymətləndirmələrimi və fikirlərimi bölüşdüm. Bildiyiniz kimi, Rusiya iyunun 2-də danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib. İndi biz ukraynalı dostlarımızla hərtərəfli fikir mübadiləsi aparırıq. Cənab Sibiqa ilə məhsuldar və uzunmüddətli görüşümüz oldu. Məni prezident Vladimir Zelenski də qəbul edəcək. Mənim prezidentimizin mesajlarını ona çatdırmaq imkanım olacaq”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri