Ərdoğan: Türkiyə Ukraynada dinc nizamlanma üçün səylər göstərir
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Ukraynadakı münaqişənin dinc yolla nizamlanması, İran böhranı və Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsi üçün səylər göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşündə bəyan edib.
Danışıqlar alyansın 32 üzv ölkəsinin liderlərinin iştirak etdiyi NATO sammiti ərəfəsində baş tutub.
Türkiyə liderinin Kommunikasiya İdarəsinin keçirilən danışıqların yekunlarına dair yaydığı məlumatda bildirilir: "Prezident Ərdoğan Türkiyənin İran ətrafındakı münaqişənin və Ukraynadakı müharibənin dialoq yolu ilə nizamlanması, həmçinin Qəzzada davamlı atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün səylər göstərdiyini qeyd edib".
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 07 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















