Türkiyə yeni dövrün qaliblərindən olacaq Ərdoğan
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxış edərkən deyib.
ABŞ ilə münasibətlərin əhəmiyyətinə toxunan Ərdoğan əməkdaşlığın daha da inkişafına ümid etdiyini bildirib.
“Strateji əməkdaşımız olan Amerika Birləşmiş Ştatları ilə 100 milyard dollarlıq ticarət hədəfimizə böyük önəm veririk. Prezident Trampın ikinci dönəmində onunla aramızdakı yaxın dostluğun da təsiri ilə Amerika ilə əlaqələrimizin hər sahədə inkişaf edəcəyinə inanıram”, – Türkiyə Prezidenti qeyd edib.
Eyni zamanda Türkiyə iqtisadiyyatının xarici təzyiqlərə qarşı dayanıqlı olduğunu vurğulayan Ərdoğan, gömrük tarifləri üzərindən qızışan ticarət rəqabətinin dağıdıcı hal almaması üçün əllərindən gələni etdiklərini qeyd edib: “Türkiyə bu prosesdən yalnız problemsiz ötməklə kifayətlənməyəcək, Allahın iznilə yeni dövrün qaliblərindən biri olacaq”.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:76
Bu xəbər 11 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















