Türkiyə yığması Amerikada Nobel mükafatı almış türkiyəli alimi ziyarət etdi
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti, idarə heyətinin üzvləri, eləcə də futbolçular uzun illərdi Amerikada yaşayan ünlü türkiyəli alim Əziz Sancarı ziyarət ediblər.
"Football-plus.az" xəbər verir ki, bu barədə məlumat federasiyanın rəsmi internet saytında yerləşdirilib.
Ziyarətdə TFF prezidenti İbrahim Hacıosmanoğlu ilə baş katib Abdulla Ayaz, yığmanın baş meneceri Mərt Tuncay, futbolçulardan Kaan Ayhan, Çağlar Söyüncü, Merih Dəmiral, İrfan Can Kahveci, eləcə də Türkiyənin Mayamidəki baş konsolu Rəsul Şahinol iştirak edib. Onlar Çapel-Hildə yerləşən ''Sancar Mədəniyyət Mərkəzi''nə baş çəkiblər.
Qeyd edək ki, 78 yaşlı Əziz Sancar 1997-ci ildən Çapel-Hil Şimali Karolina Universitetində çalışır. O, DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Ziyarətin sonunda TFF başqanı tanınmış alimə üzərində onun adı yazılmış Türkiyə yığmasının formasını hədiyyə edib. Futbolçular isə ona öz imzalarının yer aldığı formaları hədiyyə veriblər. Sancar da qonaqlara öz həyat hekayəsini anladan kitab hədiyyə edib. O, Meksika ilə keçiriləcək oyunda Türkiyə yığmasına uğurlar arzulayıb və TFF-nin dəvəti ilə böyük məmnuniyyətlə oyunu stadiondan izləyəcəyini bildirib.
Xatırladaq ki, iyunun 2-dən Amerikada olan Türkiyə yığması ayın 7-də ABŞ-ı 2:1 hesabı ilə məğlub etdi. Bu gecə Bakı vaxtı ilə saat 04.30-da isə qardaş ölkənin komandası tarixində ilk dəfə Meksika ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 İyun 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















