Icma.az
close
up
RU
TürkiyəAzərbaycan münasibətlərində nələr baş verir? General faktları açdı

TürkiyəAzərbaycan münasibətlərində nələr baş verir? General faktları açdı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyə-Azərbaycan münasibətlərində son vaxtlar durğunluq olduğu iddia edilir. Ankara və Bakı arasında narazılıq, anlaşmazlıq, incikliyin olması haqda fikirlər zaman-zaman gündəmə gəlir.

Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail Prezidenti İshaq Hersoqun COP29-da iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəyə icazə verməməsi soyuqluğun əsas səbəbi olaraq görülür.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə-Azərbaycan münasibətlərində xüsusi gərginliyin olması inandırıcı deyil:

“Əlbəttə, zaman-zaman tərəflər arasında müəyyən suallar yarana bilər. Bu suallar daha çox Türkiyə-Ermənistan arasında gedən danışıqlarla bağlı olur. Lakin mən Türkiyənin Ermənistanla bağlı mövqeyində dəyişiklik olduğunu düşünmürəm. Yəni tərəflər arasında təmaslar intensivləşsə də, prosesdən Bakının xəbəri var.

Türkiyənin mövqeyi belədir ki, Ermənistan ilk növbədə Azərbaycanla sülh əldə etməli, daha sonra sərhədlər açılmalıdır. Bu, münasibətləri normallaşdırmaq üçün Ankaranın başlıca şərtidir. Türkiyə XİN başçısı Hakan Fidan da bu məsələni tez-tez dilə gətirir.

Elxan Şahinoğlu

O ki qaldı İsrail Prezidenti İshaq Hersoqa COP29-da iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəyə icazə verilməməsinə, bu daha çox Təl-Əvivin günahıdır. Yəni İsrail tərəfi bunu öncədən təxmin etməli idi. Bakıdakı tədbir üçün İsrail prezidenti başqa ölkənin hava məkanından istifadə edə bilərdi.

Türkiyə isə COP29-da böyük heyətlə təmsil olundu. Bu fakt belə iki ölkə arasında ciddi problemin olmadığını sübut edir”.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz isə deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir:

“Bunu iki ölkənin dövlət başçısı da dəfələrlə qeyd edib. Bu gün Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə də müttəfiqlik səviyyəsindədir. Müəyyən məsələlərdə fərqli mövqedə olmağımız münasibətlərin pozulması ya da zədələnməsi üçün əsas deyil. Çünki iki ölkənin ortaq olduğu kimi fərqli maraqları var. Ölkələrin yerləşdiyi region, qonşuları fərqli xarici siyasət və balans yaratmasını zəruri edir.

Yücel Karauz

Türkiyə və Azərbaycan fərqli daxili siyasi görüşə, reallıqlara sahibdir. Bu da xarici siyasətdə özünü qabarıq şəkildə göstərir. Məsələyə bu aspektdən baxdıqda fikir ayrılıqlarını görmək və təbii qəbul etmək olur”.

Y.Karauz vurğulayıb ki, Bakı və Ankara arasında gərginlik olması haqda saxta təəssürat yaratmaq istəyən qüvvələr var:

“Bu qüvvələr həm Türkiyədə, həm də Azərbaycanda var. Heç şübhə yoxdur ki, birbaşa xaricdən təlimat alır, onların tapşırığını yerinə yetirirlər.

Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qəbul edə bilməyən ölkələr məqsədyönlü şəkildə kiçik məsələləri şişirdir, media və ekspertlər vasitəsilə tirajlayaraq problem varmış təəssüratı yaradır.

Bu gün iki ölkə arasında siyasi-iqtisadi münasibətlər ən üst səviyyədədir. Bu münasibətlərin təməlində Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev faktoru var. Yəni münasibətləri pozmaq o qədər də asan deyil. Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri