Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul, 1 oktyabr, AZƏRTAC
Türkiyədə 216 muzeyi və qoruğu əhatə edən rəqəmsal transformasiya layihəsinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
O bildirib ki, layihə çərçivəsində ağıllı bilet sistemi, rəqəmsal ödəniş, süni intellekt dəstəkli analitika, audio bələdçi, artırılmış və virtual reallıq tətbiqləri istifadəyə veriləcək.
Yeni sistemlə istifadə müddəti başa çatan muzey kartlarının əvəzinə Türkiyə vətəndaşları üçün şəxsiyyət vəsiqələrindən istifadə etmək mümkün olacaq.
Ersoy layihə çərçivəsində mədəni irs texnologiya ilə birləşdirərək ziyarətçilərə daha sürətli və təhlükəsiz xidmətin göstəriləcəyini bildirib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















