Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi Azərbaycanın da adı hallanır
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
Məlumata görə, bu gün səhər saatlarında Türkiyə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayətkar qruplaşmaların yüksəksəviyyəli üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Bildirilib ki, “Orkinos Bulud-2” adlı əməliyyat ümumilikdə 22 şəhərdə həyata keçirilib: “Əməliyyat öncəsi Azərbaycan, Niderland, İran, Estoniya, Sloveniya, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstanın polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb”.
A.Yerlikaya bu əməliyyat çərçivəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan 5 müxtəlif beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın olduğunu vurğulayıb: “Beynəlxalq səviyyədə təşkilatlanmış 5 ayrı cinayət şəbəkəsi zərərsizləşdirilib. Türkiyədə və xaricdə 18 ton 129 kiloqram və 1 milyon 290 min ədəd həb şəklində narkotik maddədə ələ keçirildi”.
Nazir qeyd edib ki, üst səviyyəli təşkilatlanmış şəbəkələrin başçıları da daxil olmaqla ümumilikdə 138 nəfər həbs olunub. Bu beynəlxalq cinayət şəbəkələrinin 647 daşınmaz, 186 nəqliyyat vasitəsi, 1 holdinq, 113 şirkət, 1 yük gəmisindən ibarət əmlakı, eləcə də bank hesablarındakı təxminən 15 milyard TL (60 milyon manat) müsadirə olunub.
Baxış sayı:91
Bu xəbər 14 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















