Icma.az
close
up
RU
Türkiyədə 9, “böyük beşlik”də ümumilikdə 8 istefa!

Türkiyədə 9, “böyük beşlik”də ümumilikdə 8 istefa!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə çempionatından yenə istefa xəbərləri var. Həftənin əvvəllərində “Gənclərbirliyi”ndə Hüseyn Eroğlu dönəmi başa çatdı.

Baxmayaraq ki, debütant bir müddət öncə bu məşqçi ilə hətta səfərdə “Beşiktaş”ı məğlub etməyi bacarmışdı. Ötən tur evdə “Konyaspor”la oyunda qeydə alınan məğlubiyyətin ardından rəhbərliklə Eroğlu qarşılıqlı şəkildə anlaşaraq yolları ayırmağa qərar verdi.
Qeyd edək ki, təcrübəli mütəxəssis paytaxt təmsilçisini ötən mövsümün gedişində - 1-ci liqada 13-cü pillədə qəbul etmiş və elitaya yüksəltməyi bacarmışdı. Hazırda ankaralılar 10 tura topladıqları 8 xalla 15-ci pillədə qərarlaşıblar. “Gənclər”in məşqçisiz günləri çox davam etmədi. Qısa müddətdə razılıq əldə olunan və çərşənbə axşamı Ankaraya dəvət olunan Volkan Dəmirəl ilə ilyarımlıq müqavilə imzalandı. Sonuncu dəfə ötən mövsümün gedişində “Bodrum”u çalışdırmış 44 yaşlı Dəmirəl fevralın əvvəllərindən bəri işsiz idi.
Daha bir istefa xəbəri “Fatih Karagümrük”dən gəldi. İstanbul təmsilçisi Martsel Liçka ilə yollarını ayırdı. Bu ayrılıq da qarşılıqlı razılıqla baş tutdu. 2020-ci ildən bəri Rusiyada işləyən, “Orenburq” ilə Moskva “Dinamo”sunu çalışdıran 48 yaşlı mütəxəssis “Fatih Karagümrük”ün başına bu yay keçmişdi. Onun dönəmində komanda ilk 10 turda cəmi 4 xal toplayaraq sonuncu pillədə qərarlaşmışdı ki, bu da orta hesabla hər oyuna 0,4 xal deməkdi.
“Karagümrük” yalnız 3-cü turda “Antalyaspor”dan (2:1) və son turda “Kayserispor”dan (2:2) xal qoparmağa müvəffəq olmuşdu. Yeni məşqçinin kim olacağı barədə məlumat yoxdu. Son iki istefa ilə birlikdə bu mövsüm superliqada məşqçi ilə yolları ayıran klubların sayı 9-a çatdı! Daha öncə “Beşiktaş”, “Fənərbaxça”, “Qaziantep”, “İstanbul BŞ”, “Eyüpspor”, “Kayserispor” və “Antalyaspor”da məşqçi istefası baş tutmuşdu. Türkiyə futbolu həmişəki kimi məşqçiləri qovmaq baxımından Avropada “yeni zirvələr fəth edir”.
Bir faktı vurğulayaq ki, 2025/26-da təkcə Türkiyədə “böyük beşlik”də baş tutan istefaların ümumi sayından daha çox məşqçi qovulub! Avropanın 5 aparıcı futbol ölkəsində bu mövsüm ümumilikdə 8 istefa reallaşıb.
Konkret desək, premyer-liqada 3, bundesliqada 2, A seriyası, La Liqa və Liqa-1-in hər birində isə 1 istefa baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri