Türkiyədə aviasiya tarixində ilk: iki pilotsuz döyüş təyyarəsi avtonom formada yaxın məsafədə uçdu
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi heç bir insan müdaxiləsi olmadan bir-birinə çox yaxın məsafədə koordinasiyalı uçuş həyata keçirib.
BAKU.WS-in məlumatına görə, bu barədə "Baykar" şirkəti rəsmi açıqlama yayıb.
Bildirilib ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma"nın inkişaf prosesi yeni texnoloji imkanların əlavə olunması ilə mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə Çorlu şəhərində yerləşən "AKINCI" Uçuş Təlim və Sınaq Mərkəzində mühüm sınaq icra olunub.
Sınaq zamanı "Bayraktar Kızılelma"nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 ardıcıl olaraq havaya qalxıb. Uçuş zamanı hər iki pilotsuz döyüş təyyarəsi "Baykar" mühəndisləri tərəfindən hazırlanmış ağıllı avtonom filo alqoritmləri vasitəsilə bir-biri ilə tam koordinasiyalı şəkildə hərəkət edib və avtonom döyüş pilotu rejimində formasiya uçuşu həyata keçirib.
Bu nailiyyətlə dünya aviasiya tarixində ilk dəfə olaraq iki pilotsuz döyüş təyyarəsinin avtonom şəkildə və çox yaxın məsafədə təhlükəsiz uçuşu uğurla reallaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 28 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















