Icma.az
close
up
RU
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”

“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq şairi Sabir Rüstəmxanlı bunu ana dilimizin və mədəniyyətimizin təbliği baxımından mühüm yenilik kimi dəyərləndirib:

“Təbii ki, belə bir addımın atılması təqdirəlayiqdir.

Bu gün türk dövlətləri arasında çox sıx münasibətlər formalaşıb. Türk Dövlətləri Təşkilatı aktiv şəkildə fəaliyyət göstərir ki, bu da türk dünyasının birlik, bərabərlik istəyindən irəli gəlir. Gələcəkdə türk dövlətləri bir sıra istiqamətlərdə öz güclərini birləşdirə bilər ki, bu da daha güclü türk dünyası deməkdir. Vahid ordu, vahid gömrük, ümumi iqtisadi məkan və s. kimi məsələlərdə bu cür addımların atılması mümkündür.  Bu səbəbdən də türk dnyasının birliyinə, türk xalqlarının mədəni-mənəvi yaxınlığına xidmət edən hər bir addım yüksək qiymətləndirilməlidir.

Türkiyədə Azərbaycan dili kurslarının yaradılması alqışlanmalıdır. Dilimizin Türkiyədə öyrədilməsi, bu əsnada Azərbaycan mədəniyyətinin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması vacib və faydalı bir addımdır.

Türkiyədə 85 milyon insan yaşayır ki, onların arasında  azərbaycanlılar da çoxdur. Bu, dilimizin həm Türkiyə türkləri, həm də Azərbaycan əsilli soydaşlarımız arasında təbliği baxımından son dərəcə faydalıdır.

Mən buna görə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edir, uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri