Icma.az
close
up
RU
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirildi

Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirildi

Icma.az, Manset portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyədə Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçılar, tanınmış ədəbiyyatşünas alimlər, Türk dünyası ədəbiyyatı üzrə fəaliyyət göstərən tədqiqatçılarla görüş keçirilmiş və onlarla gələcəkdə birgə əməkdaşlıq, ədəbiyyatımıza dair layihələr müzakirə edilib.

Manset.az Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrimizin inkişafından danışıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib. O, görüşün əsas məqsədinin də Azərbaycan-Türkiyə mədəni - ədəbi əlaqələrinin daha da genişləndirilməsinə dəstək göstərmək, Türk dünyasının ortaq dəyərləri, şifahi və yazılı abidələrimizin təbliği, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin irslərinin öyrənilməsi, təbliği, ədəbiyyatımızın ortaq aktual problemləri və onların həlli yollarına dair layihələrin həyata keçirilməsi, klassik irsimizin Türkiyə türkcəsinə tərcüməsi, bu istiqamətdə ortaq layihələrin reallaşdırılması və s. dair əməkdaşlığın müzakirə edilməsi olduğunu bildirib. O, bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib və dünya mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr verən Azərbaycan, Türk dünyası ədəbiyyatının tədqiqi və təbliğinin zəruriliyindən danışıb.  
Görüşdə qeyd olunan mövzularda çıxışlar olub, alimlərin bu mövzuda fikirləri, təklifləri öyrənilib və gələcəkdə bu istiqamətdə aparılacaq işlərə dair yol xəritəsinin hazırlanması razılaşdırılıb. Müzakirələrdə Azərbaycan-Türkiyə ədəbi əlaqələri, dünyaya böyük töhfələr vermiş Azərbaycanın zəngin ədəbiyyatı, simalarına dair ortaq tədqiqat əsərlərinin, monoqrafiyaların, elmi məqalələrin hazırlanması, poeziya gecələrinin, müsabiqələrin təşkili, elmi-tədqiqat, ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi, tədqiqat mövzularında Azərbaycan, Türk dünyası ədəbiyyatı ilə əlaqədar dissertasiyaların öyrənilməsi və maraqlı mövzuların təşfiq edilməsi, nəşrinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.  
Ədəbiyyatçı alimlər görüşün əhəmiyyətini qeyd edərək, gələcəkdə ədəbiyyatımızın aktual problemləri, təbliğat və tədqiqat layihələri, habelə ədəbi əlaqələrimizin genişləndirilməsinə dəstək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yanında ədəbiyyatçı alimlərdən ibarət ictimai əsaslarla “Ədəbiyyatımızın könüllü tədqiqatçıları və təbliğatçıları” Qrupun yaradılması təklifini səsləndirib.  
Qeyd edək ki, görüşdə Türkiyədə Azərbaycan və Türk dünyası ədəbiyyatına dair tədqiqatçı alimlər – professorlar İsmet Çetin, Ayşe Yücel, Osman Çeviksoy, Fatma Ahsen Turan, Hayrettin İvgin, Nuray Tamir, Təhminə Bədəlova, Hebibe Yazıcı Ersoy, gənc tədqiqatçılar Batuhan Aydın və Atabey Barış iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 16 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri