Türkiyədə Azərbaycandan daha ucuzdur Yeni il QİYMƏTLƏRİ
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni il tətilini xaricdə qeyd etmək istəyən yerli turistlər əsasən Türkiyə, Rusiya, Gürcüstan, Dubaya səfər edirlər.
Milli.Az xəbər verir ki, qeyri-iş günləri ilə əlaqədar bu istiqamətlərdə hərəkət edən turistlər üçün 3 gecə, 4 gün təklif edilir. 2 nəfərlik qiymətlər isə hər istiqamət üçün fərqlidir.
Ekspert Rəhman Quliyev bildirib ki, Türkiyə istiqamətinə qiymətlər daha sərfəlidir. 3 gecə, 4 gün, səhər yeməyi daxil, yeni il şənliyi ilə 1 nəfər üçün 1000-1100 manatdan başlayan qiymətlər mövcuddur.
"Moskva istiqamətinə 2 nəfər gediş-dönüş bilet, yeni il şənliyi, səhər yeməyi daxil 3 gecə, 4 gün 1500-1600 manat civarındadır. Dubay istiqamətində isə qiymətlər bir qədər bahadır. Dubaya gediş-dönüş bilet, 3 gecə, 4 gün, səhər yeməyi və yeni il şənliyi daxil 2000-2200 manatdan başlayan qiymətlər mövcuddur".
Bəs ölkəmizdə qiymətlər necədir?
"Azərbaycanda bölgələr fəaliyyət göstərən otellərdə yeni il şənliyinə demək olar ki, hazırdılar. Şimal ərazilərdə, Qusar, Quba bölgəsində 2 nəfər üçün 3 gecə, 4 gün, səhər yeməyi daxil yeni il şənliyi ilə birlikdə 1500-1600 manat, Şəki, Qax, Balakən istiqamətində olan otellərdə isə qiymətlər bir qədər ucuzdur, yəni 1100-1200 manat təşkil edir. Lənkəran istiqamətində isə 1400-1500 manat təşkil edir".
Ekspert qeyd edib ki, tur paketlərin qiyməti bayram günü yaxınlaşdıqca bahalaşır.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















