Icma.az
close
up
RU
Özəllərdə daha ucuzdur Məktəb servislərinin QİYMƏTLƏRİ

Özəllərdə daha ucuzdur Məktəb servislərinin QİYMƏTLƏRİ

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Oktyabrın 1-dən Bakıda pilot mərhələdə “Məktəbli avtobusları” layihəsinə start verilib. Layihə ilkin olaraq 8 dövlət və 3 özəl məktəb olmaqla 11 təhsil müəssisəsini əhatə edir. Valideynlər mobil tətbiq vasitəsilə uşaqlarını siyahıya əlavə edə, məktəblərini seçə və qiymətlərlə tanış ola bilərlər. Rəsmi məlumata görə, ümumi qiymət məsafədən asılı olaraq 100 manatdan başlayacaq.

Lakin bu ən yaxın məsafə üçün olan qiymətdir. Məsələn, Xırdalandan şəhərin mərkəzində yerləşən 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Belə yüksək qiymətlər isə valideynlərin narazılığına səbəb olub.

Xatırladaq ki, layihə Elitar Gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəbləri əhatə edir.  Toyuqlu pizza

Məsələ ondadır ki, servis layihəsini özəl məktəblər uzun illərdir həyata keçirir. Qiymətləri isə heç də dövlət məktəblərində təhsil alan şagirdlər üçün müəyyənləşdirilən qiymətlərdən fərqlənmir, əksinə bir çox hallada daha ucuzdur. 

“Yeni Sabah” özəl məktəblərdə bir şagirdin daşınması üçün servis qiymətlərini də öyrənib. Daşınma xərcləri məsafədən asılı olaraq dəyişir. Həmin siyahını təqdim edirik:

- LANDAU School - 145 manatdan başlayır

- Avropa Azərbaycan Məktəbi - 120-240 manat 

- Kaspi Liseyi - 140-150 manat 

- Bakı İstanbul Liseyi 150-200 manat 

- Bakı Oksford Məktəbi məsafədən asılı olmayaraq illik servis xərci 2000 manat

- Bakı Atatürk Liseyi - 150 manatdan başlayır (Servis yalnız Nərimanov filalında var)

“Yeni Sabah” məsələyə Elm və Təhsil Nazirliyinin münasibətini öyrənib. Qurumdan bildirilib ki, təqdim olunan bütün xidmətlər özəl şirkətlərə aiddir:

“Hazırda dövlət tərəfindən həyata keçirilən belə bir layihə yoxdur. Bütün xidmətlər özəl müəsisələrə aiddir. Layihədə dövlət məktəbləri iştirak etsə də, servisi özəl şirkətlər təşkil edir. Qiyməti də şirkət özü müəyyənləşdirir”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Yeni Sabah”a açıqlamasında deyib ki, məktəblilər üçün servis xidmətinin olması vacibdir. Onun fikrincə, bu məsələdə valideynlərin imkanları nəzərə alınmalıdır: 

“Layihə üzrə hazırda 11 müəssisədən 1200 şagird əhatə olunub. Qiymətlər orta statistik Azərbaycan ailəsi üçün hələlik münasib deyil. Ümumi məbləğ məsafədən asılı olaraq 100 manatla 240 manat aralığında dəyişir. Layihənin icrası hazırki vəziyyət üçün vacibdir. Ölkədəki özəl ümumtəhsil müəssisələrində bu layihə neçə ildir həyata keçirilir və kifayət qədər də uğurludur. Hazırda Bakı şəhərində 326 məktəbdə 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin çoxu da valideynlər tərəfindən şəxsi avtomobillərlə məktəbə aparılır. Təsəvvür edin ki, hər gün küçələrdə görünən avtomobillərin 38-40 faizini övladını məktəbə aparan valideynlər təşkil edir. Bu da həm hərəkət sıxlığı yaradır, həm də yol nəqliyyat hadisələrinin artmasına səbəb olur".

Ekspert bildirib ki, problemlərin həlli üçün məktəb avtobuslarından istifadə olunmalıdır:

Onun sözlərinə görə, ötən il 17 şagird yol qəzalarının qurbanı olub: “Bu, ciddi rəqəmdir. Düşünürəm ki, birmənalı şəkildə məktəb avtobuslarından istifadə etməliyik. Lakin qiymət məsələsini tənzimləmək lazımdır. Çünki elə ailələr var ki, bir evdən 2-3 uşaq məktəbə gedir. Belə olan halda servis qiyməti də çox baha başa gəlir. Həmin valideyn üçün də taksi daha münasib olur. İndiki halda 1200 şagird dərsə məktəb servisi ilə gedəcək. Bu təxminən hər gün 1200 avtomobilin yola çıxmaması və ya məktəbə uşaq aparmaq üçün yola çıxmaması deməkdir. Məktəb avtobuslarının təşkil olunması uşaqların sosiallaşması üçün də uğurlu addımdır. Avtobuslarda şagirdlərlə yanaşı dayə və müəllim də olur. Bu layihə genişləndirilməlidir, lakin sosial təminatı az olan ailələri də nəzərə almaq vacibdir”.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri