Icma.az
close
up
RU
Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi General

Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi General

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyədə gedən proseslərlə bağlı ictimai rəy təktipli deyil. Ölkədə müxtəlif siyasi, ideoloji və geosiyasi baxış bucaqları mövcuddur. Həmçinin İran mövzusunda zaman-zaman görülən “dəstək motivli” şərhlərin bir neçə əsas səbəbi var.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli hərbi ekspert, general Yücel Karauz son günlər türkiyənin media və social şəbəkələrində Azərbaycanın İranla bağlı siyasətinə qarşı səsləndirilən fikirləri şərh edərkən deyib.

Ekspert bildirib ki, İranın müdafiə olunmasının bir neçə səbəbi var:

“Birincisi, antiqərb və antiisrail refleksidir. Türkiyədə bəzi qruplar İranı ABŞ və İsrailə qarşı duran bir güc kimi görür. Buna görə də İranla yaşanan hər hansı bir gərginlikdə avtomatik olaraq İranı dəstəkləyən fikirlər ortaya çıxır. Bu yanaşma bəzən geosiyasi analizdən daha çox, ideoloji fikirlərdən qaynaqlanır.

İkincisi, Fələstin məsələsi üzərindən formalaşan təsəvvürdür. İran Fələstin məsələsini müdafiə etdiyi üçün bəzi dairələrdə İsrailə qarşı dirənən ölkə kimi görülür. Bu təsəvvür İranın bölgədəki digər siyasətlərinin gözardı edilməsinə səbəb ola bilir.

Üçüncüsü isə Türkiyənin müharibəyə cəlb edilməməsinin vacibliyi ilə bağlı düşüncədir.

Bəzi şərhlər əslində İranı dəstəkləməkdən çox, Türkiyənin İranla birbaşa qarşıdurmaya girməməsini müdafiə edən ehtiyatlı yanaşmanın nəticəsidir”.

Generalın sözlərinə görə, Azərbaycana qarşı səsləndirilən fikirlərin səbəblərindən biri isə İsraillə münasibətlər və bəzi reallıqların arxa planda qalmasıdır:

“Türkiyədə İsrailə qarşı düşüncələr güclü olduğu üçün bəzi dairələr Azərbaycan-İsrail münasibətlərini tənqid edir. Lakin bu tənqidlər çox vaxt geosiyasi reallıqdan uzaq olur. Çünki Azərbaycanın İsraillə münasibəti İrana qarşı bir ittifaq deyil, daha çox müdafiə texnologiyası və enerji əməkdaşlığı çərçivəsindədir. Azərbaycanla İsrailin müdafiə və texnologiya sahəsində əməkdaşlığı xüsusilə son 10–15 ildə inkişaf edib. Nəticə olaraq da Azərbaycan İsraildən yüksək texnologiyalı silah sistemləri alıb. Hətta Qarabağ müharibəsində istifadə olunan bəzi sistemlər İsraildən alınmışdı.

Hazırda da iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mövcuddur.

Ancaq diqqətdən kənarda qalan İranda yaşayan türk əhalisi məsələsi var. Bu çox vacib məsələdir. Çünki İran daxilində yaşayan türk əhalisi olduqca böyükdür. Müxtəlif təxminlərə görə, İranda 35 milyondan çox türk mənşəli əhali mövcuddur. Bunun böyük hissəsi isə Azərbaycan türküdür. Tarixə də baxsaq, İran ərazisində uzun müddət türk dövlətləri - Səfəvilər, Əfşarlar və Qacarlar hökm sürüb. Yəni, İran tarixi ilə türk tarixi iç-içədir. Buna görə də Türkiyədə bir çox insan İranla birbaşa düşmənçilik fikrinə ehtiyatla yanaşır.

Ancaq bir sual yaranır: bəs Qarabağ müharibəsi dövründə İran yanaşması niyə unuduldu?

Bəli, Qarabağ münaqişəsində İranın siyasəti Azərbaycan üçün olduqca mübahisəli idi. Xüsusilə 1990-cı illərdə İran sərhədlərini Ermənistan üçün açıq saxladı, enerji və ticarət axınını davam etdirdi və bəzi logistik dəstəklər göstərdi. Buna görə də Azərbaycanda İrana qarşı ciddi etimadsızlıq yarandı. Lakin Türkiyədə bu mövzu çox vaxt İranla bağlı məlumat çatışmazlığı, Fələstin məsələsinin müzakirəni kölgələməsi və sosial mediada emosional şərhlərin önə çıxması səbəbindən arxa planda qalır”.

Karauz əlavə edib ki, Türkiyənin dövlət siyasəti əslində fərqlidir:

“Burada vacib olan dövlət siyasəti ilə sosial media müzakirələrini ayırmaqdır. Çünki Türkiyə üçün Azərbaycan strateji müttəfiqdir.

Bu münasibət yalnız siyasi deyil, hərbi, iqtisadi, enerji, mədəni sahələrdə də dərin köklərə malikdir. Bunun ən açıq ifadəsi “Bir millət, iki dövlət” anlayışıdır.

Dövlət siyasəti baxımından Türkiyənin Azərbaycana münasibəti son dərəcə aydın və dəyişməzdir.

Məsələni ümumiləşdirərək deyə bilərəm ki, bugünkü müzakirələr əslində üç fərqli geosiyasi xəttin üst-üstə düşməsindən qaynaqlanır:

1. Türkiyə–Azərbaycan strateji ittifaqı;

2. İranda regional təhlükəsizlik həssaslıqları;

3. İsrail faktoru.

Lakin uzunmüddətli perspektivdə Türkiyənin bölgə siyasəti baxımından ən möhkəm xətt budur: Türkiyə – Azərbaycan – Türk dünyası oxu. Bu xətt həm enerji dəhlizləri, həm də təhlükəsizlik arxitekturası baxımından strateji əhəmiyyətə malikdir.

Qısaca desək, Türkiyədə zaman-zaman yaranan Azərbaycanla bağlı müəyyən tənqidlər dövlət siyasətini əks etdirmir. Bunlar daha çox ideoloji və ya emosional reaksiyalardan qaynaqlanır. Tarixi, mədəni və strateji baxımdan Türkiyə ilə Azərbaycan arasındakı bağ son dərəcə güclüdür və regional tarazlıqlarda bu münasibət əsas amil kimi qalmağa davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Mart 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri