Icma.az
close
up
RU
Türkiyədə Azərbaycanla bağlı ikitərəfli təxribat Bunu da etdilər

Türkiyədə Azərbaycanla bağlı ikitərəfli təxribat Bunu da etdilər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar səslənməyə başlayıb. Məlum olduğu kimi, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində minlərlə dinc sakin həyatını itirib. Faktiki olaraq əməliyyatlar Qəzzanın ilhaqı ilə yanaşı, həm də etnik təmizləmə həddinə gəlib.

Məsələ dünya ictimaiyyətinin diqqətindədir. Bu da təbii olaraq bir çox ölkədə insanların hökumətlərinə təzyiq göstərmələri ilə nəticələnir. Məsələn, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları bildiriblər ki, İsrail Avroviziya yarışmasına buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

İsrailin bu tədbirdə iştirakını istəməyənlər qədər, məsələyə reaksiya verməyən ölkələr də var. Lakin təəssüf ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında “Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanmağa başlayıb.

Avroviziya yalanı

Sözügedən xəbər həqiqətə uyğun deyil. Ümumiyyətlə, tədbir çərçivəsində bu kontekstdə müzakirə aparılmayıb. Eyni zamanda, Azərbaycan tərəfdən qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya şərh verilməyib. 2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq. Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Türkiyənin “Akit” televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya 2026-da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb. Təəssüf ki, bu ilk belə hal deyil. Belə ki, “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi də Türkiyədə birmənalı qarşılanmamışdı. Əvvəllərdə dediyim kimi, Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosionaldır. Məlum olduğu kimi, hazırda Türkiyədə İsrailə qarşı münasibət son dərəcə sərtdir. Fələstin məsələsinə Türkiyədə həm siyasi, həm dini, həm də insani baxımdan böyük həssaslıq var. Amma burada diqqət yetirilməli olan vacib məqam odur ki, ictimai emosiyaları kim və necə istifadə edir.

“Akit” və “Baho”nun təxribatı

Türkiyə tərəfi təəssüf ki, “Akit” televiziyası və “Baho” kimi subyektlərə nəzarət edə bilmir. İddia əsaslı yanaşmalar açıq şəkildə Türkiyə–Azərbaycan münasibətlərinə təsir edə bilər.

Azərbaycan hər dəfə bu və bu kimi məsələlərə görə Türkiyə ictimaiyyətində hədəf olmamalıdır. Bunu edənlər isə açıq şəkildə cəzalandırılmalıdır. Bu iddianı yayan media subyektlərinə xəbərdarlıq edilməlidir.

Son olaraq deyim ki, 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyi elan olunduqdan dərhal sonra Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri oldu. Azərbaycan da SSRİ tərkibindəki 15 respublikadan biri olaraq 1988-ci ildə Fələstin Azadlıq Təşkilatını (FAT) tanıyıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmən tanıyıb.

Siyahıda Azərbaycan da var

Azərbaycan hər il Fələstinə humanitar yardım edir. Fələstinə dair qətnamələri də rəsmi Bakı dəstəkləyir. Məsələn, BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib. 145 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb. Azərbaycan qətnamənin lehinə səs verən ölkələrdəndir.

Təəssüf ki, bu məsələlər Türkiyə mediasında öz əksini layiqincə tapmadığı kimi, bunu səsləndirə biləcək ekspertlərə də yer verilmir. Nəticə etibarilə provokatorlar və ya Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən dairələr daha aktiv işlər görərək belə informasiyaları dövriyyəyə buraxırlar.

Rəsmi Ankara bu məsələ ilə bağlı təcili tədbir görməlidir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri