Icma.az
close
up
RU
“Türkiyədə bəzi qruplar Azərbaycanı hədəf alır” Politoloqdan sərt AÇIQLAMA

“Türkiyədə bəzi qruplar Azərbaycanı hədəf alır” Politoloqdan sərt AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda son günlər baş verən hadisələri təsadüfi hesab etmək olmaz. Uzun müddətdir ölkəmizdə din pərdəsi altında təbliğat aparan və öz şəbəkələrini quran qüvvələr var. Xüsusilə İranın bu məsələdəki rolunu qeyd etmək lazımdır. Hər zaman olduğu kimi, indi də Azərbaycan hansısa həlledici hadisələr ərəfəsində bu cür təzyiqlərə və kampaniyalara məruz qalır”.

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Oktay Qasımov bildirdi.

O, nəzərə çatdırdı ki, keçən ayın 21-də Nazirlər Kabinetinin vahid məktəbli formaları ilə bağlı qəbul etdiyi qərar tamamilə fərqli şəkildə təqdim olundu:

“Qərarı hicab qadağası kimi qələmə verməyə çalışdılar. Dünən baş verən hadisələrin də əksəriyyəti xarici ölkələrlə əlaqəli qruplar tərəfindən təşkil olunub. Hesab edirəm ki, bu hadisələrin böyük hissəsinin İranla əlaqəsi var. Dünən internet resurslarında yayılan videolardan da aydın oldu ki, məktəbli forması və hicab məsələsi burada sadəcə bəhanədir. Əslində, İranmeyilli qüvvələr Azərbaycan dövlətinə meydan oxumağa çalışırlar. Bu proses isə uzun müddətdir davam edir. Kampaniyanın təşkilatçılarının bir hissəsinin İranda olması da diqqət çəkir. Təsadüfi deyil ki, sentyabrın 30-da Qum şəhərində Azərbaycanda hicab məsələsi ilə bağlı toplantı keçirildi. Bundan sonra dünən hicabla bağlı aksiyanın təşkil olunduğunu gördük. Dövlət rəsmisinə xəsarət yetirilməsi, məktəblərin yandırılmasına cəhd edilməsi və aqressiv davranışlar ciddi düşünülməli məsələlərdir”.

Müsahibimiz hesab edir ki, Azərbaycanın müvafiq qurumları, xüsusilə Elm və Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və hüquq-mühafizə orqanları bu məsələlərlə bağlı ciddi tədbirlər görməlidirlər:

“Eyni zamanda, məktəblərdə təhsilin səviyyəsi yüksəldilməli, uşaqlarımıza din haqqında düzgün və dolğun məlumat verilməlidir ki, onlar cəhalət və xurafatdan uzaq olsunlar, başqa ölkələrdən qaynaqlanan dini cərəyanların təsiri altına düşməsinlər. İranla bağlı məsələ, əslində, aydındır. Təəssüf ki, Türkiyədə də bəzi qruplar Azərbaycanı hədəf almağa çalışırlar. Sonradan bu qrupların əksəriyyətinin xarici qüvvələrlə əlaqəli olduğu aydınlaşır. Bunun əsas səbəblərindən biri Türkiyə cəmiyyətinin yekcins olmaması, orada müxtəlif toplumların və qüvvələrin mövcudluğudur. Həmin qüvvələr arasında beynəlxalq güclərin təsir imkanlarına malik olan qruplar da var.

Bu şəbəkələr və təsir qrupları verilən tapşırıqlar əsasında fəaliyyət göstərirlər. Eyni zamanda, bəzi rəsmi şəxslərin uyğun olmayan və əsassız bəyanatlarını, eləcə də sosial şəbəkələrdəki paylaşımlarını qəbul etmirik. Bunlar düzgün yanaşmalar deyil. Bununla belə, nəzərə almalıyıq ki, Azərbaycan-Türkiyə münasibətləri və ümumilikdə türk dünyasının inteqrasiyası dərinləşdikcə, bu prosesə qarşı çıxan qüvvələr də meydana çıxacaq. Biz ayıq-sayıq olmalı, həm Azərbaycanda, həm də Türkiyədə dostluğumuza, qardaşlığımıza və müttəfiqliyimizə qarşı olan qüvvələrin mövcudluğunu nəzərə almalıyıq”.

Onun sözlərinə görə, bu məsələlərə xüsusi diqqət yetirməliyik:

“Təəssüf ki, Türkiyə mediasında da zaman-zaman əsassız və yersiz iddialar səsləndirilir, bunlardan Azərbaycana qarşı kampaniya aparmaq üçün istifadə edilməyə çalışılır. Bir daha qeyd edirəm ki, bu cür addımlar atan şəxslərin əhəmiyyətli hissəsi xarici qüvvələr tərəfindən yönləndirilən şəxslər və qruplardır. Bununla yanaşı, Türkiyədə Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına və müttəfiqliyinə böyük önəm verən geniş bir kütlə, bütöv bir cəmiyyət, türk xalqı var. Həmçinin rəsmi şəxslər, partiya rəhbərləri və nümayəndələri mövcuddur ki, onlar iki ölkə arasındakı dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir və müdafiə edirlər”.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri