Türkiyədə CHP nin İstanbuldakı qurultayı ilə bağlı gərginlik yaşanır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul qurultayı başlayandan bir saat sonra məhkəmənin tələbindən sonra tədbirin keçirildiyi salona polislər gəlib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə İstanbul Valiliyinə və Dairə Seçki Komissiyasına məktub göndərərək qurultayın təxirə salınmasını tələb edib.
Bunda sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar iclas keçirməyə qərar verib.
Qeyd edək ki, CHP-nin İstanbul rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə keçirilən İstanbul qurultayında sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və idarə heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















