CHP nin qurultayı ilə bağlı əməliyyat: saxlanılanlar var
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Fövqəladə Qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 13 şübhəli saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Qəhrəmanmaraş, Kilis və Malatyada həyata keçirilib.
Saxlanılan şəxslər "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə ittiham olunur.
Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə yenidən sədr postuna qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 May 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















