CHP nin İstanbuldakı qərargahına əl qoyulur Prokurorluq müsadirə tələb edir
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılmış cinayət işi çərçivəsində əldə olunan dəlillər əsnasında ana müxalifət partiyası CHP-yə qarşı daha bir həmləyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prokurorluq CHP-nin İstanbul şəhər Təşkilatının Sarıyerdə yerləşən Qərargah binasına "əl qoyulması"nı tələb edir.
Məlumata görə, buna səbəb binanın "cinayət yolu ilə əldə edilmiş gəlir"lə satın alınması göstərilib: "Əkrəm İmamoğlu üçün fantastik cəza - 828 ildən 2352 ilə qədər həbs cəzası istəyən prokurorluq Sarıyerin Ayazağa məhəlləsində CHP-yə məxsus binanın müsadirə edilməsini də məhkəmədən tələb edib. Məhkəmə İmamoğlu ilə bağlı yekun qərarında bu məsələyə də qiymət verəcək".
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 12 Noyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















