Türkiyədə çimərlikdə mənşəyi naməlum pilotsuz aparat tapılıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Türkiyənin Bartın və Kastamonu vilayətlərinin sərhədində yerləşən Kapısuyu çimərliyində mənşəyi naməlum olan pilotsuz uçuş aparatı aşkarlanıb.
Sherg.az xəbər verir ki, məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda pilotsuz aparatın hansı ölkəyə və ya quruma məxsus olduğu, eləcə də çimərliyə necə düşdüyü araşdırılır.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Samsun şəhərində qəzaya uğramış pilotsuz aparat tapılmışdı. Yerli KİV-lərin məlumatına görə, həmin aparatın Ukraynaya məxsus "Maya" tipli dron olduğu müəyyən edilmişdi.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:Türkiyədə çimərlikdə qorxulu anlar: Köpəkbalığı göründü
23 İyun 2025 04:09
Bolqarıstanda çimərlikdə dron tapılıb...
13 Sentyabr 2025 20:16
Türkiyədə naməlum pilotsuz təyyarə qəzaya uğrayıb
19 Dekabr 2025 19:46
Bolqarıstanda çimərlikdə naməlum dron aşkar edilib
26 Avqust 2026 14:20
“Tvin Peaks” filminin aktyoru çimərlikdə ölü tapılıb...
29 İyul 2025 18:47
Baxış sayı:145
Bu xəbər 14 İyun 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















