Icma.az
close
up
RU
107 yaşlı Cümhuriyyət

107 yaşlı Cümhuriyyət

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


107 il əvvəl Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti tarixin çətin, keşməkeşli anlarının yaşandığı dövrdə meydana gəldi. Elan edilməsi ilə təkcə Azərbaycan deyil, ümumən dünyada böyük marağa və diqqətə səbəb olan bu hadisə Azərbaycanı sevənlər üçün xoş bir xəbər, onun düşmənləri üçünsə istənməyən, arzuedilməyən bir hadisə idi. Elə buna görə də mövcud olduğu 23 aylıq dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşdi. Lakin bütün bunlara rəğmən Cümhuriyyət mövcud olduğu 23 ay müddətində bir çox tarixi qərarlara imza atdı.
Uzaq tarixə nəzər yetirdikdə Azərbaycan Xalq Cümhuriyyətinin hansl reallıqlardan, zərurətdən meydana gəldiyinin fərqinə vararıq. Məlumat üçün qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Yaranmış vəziyyətdən istifadə edərək Çar Rusiyasının məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olaraq yarandı. Məhz bu tarixi hadisə azərbaycanlıların yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun rəhbərliyi ilə Bakı şəhəri daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə böyük nailiyyətlərə imza atdı. Təsadüfi deyil ki, qadınlara ilk dəfə seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu. Həmçinin, milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması da AXC-nin uğurlu fəaliyyətinin nəticəsi idi. Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə siyasi islahatlarla yanaşı, iqtisadi sahədə də uğurlu addımlar atıldı.
Hər zaman Azərbaycanın sevincini sevinci, kədərini kədəri hesab edən Türkiyə o dövrdə də AXC-nin həyatında bir ilkə imza atdı. Belə ki, Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı oldu. Məhz Cümhuriyyətin elan edilməsindən qısa müddət sonra, həmin ilin 4 iyun tarixində Osmanlı dövləti AXC-ni tanıdı.
Bu günkü üçrəngli bayrağımız da bizə Cümhuriyyətdən qalan yadigardır. Məlum olduğu kimi 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Ümummilli lider Heydər Əliyev bildirirdi ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir. AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi.
Bu gün müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla addımlayır. Artıq 5 ilə yaxındır ki, Respublika Gününü azad, suveren Azərbaycanda qeyd edirik. Bu gün Qarabağ və Şərqi Zəngəzurda da hər kəs sevinc və coşqu ilə Respublika Gününü qeyd edir.
Arzuman Muradlı, "Milli İnkişaf" ictimai birliyinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 May 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see312

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see248

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see243

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see237

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see236

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see234

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see231

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see193

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see168

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see163

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see162

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri